...

Azərbaycanın qiymətli kağızlar bazarında əməliyyatların həcminin il ərzində 2,4 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2014 18:37 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2014-cü ilin 1-ci rübü ərzində fəaliyyətinin yekunlarına və “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı"nın icra statusunun müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Azərbaycanın qiymətli kağızlar bazarında əməliyyatların həcminin il ərzində 2,4 dəfə artıb

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2014-cü ilin 1-ci rübü ərzində fəaliyyətinin yekunlarına və "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı"nın icra statusunun müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan QKDK-nın sədri Rüfət Aslanlı 2014-cü ilin 1-ci rübü ərzində dünyanın aparıcı iqtisadiyyatında müşahidə olunan proseslər haqqında məlumat verərək, qlobal miqyasda geosiyasi risklərin artmasının dünya iqtisadiyyatına öz təsirini göstərdiyini bildirib R.Aslanlı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən cəsarətli, düşünülmüş və effektiv qaydada balanslaşdırılmış iqtisadi siyasət nəticəsində 2014-cü ilin 1-ci rübü ərzində ölkə iqtisadiyyatında əvvəlki illərdə olduğu kimi dinamik inkişafın davam etdiyini vurğulayıb.

Sədr iqtisadi şaxələndirmə siyasətinin çox mühüm elementi kimi sərmayələrin əsas hissəsinin qeyri-neft sektoruna yönəldiyini qeyd edib. Komitə sədri çıxışının davamında cari ilin 1-ci rübü ərzində ölkənin kapital bazarlarında yüksək artım dinamikasının nümayiş olunduğunu, bazarda əməliyyatların həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4 dəfə, korporativ qiymətli kağızlar bazarında ticarətin 3.9 dəfə artdığını bildirib. O, hesabat dövrü ərzində Komitə tərəfindən Azərbaycan Prezidentinin 16 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı"nın effektiv icrasının təmin edilməsi məqsədi ilə qiymətli kağızlar bazarının institusional inkişaf səviyyəsinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra QKDK sədrinin müavinləri və Aparatının rəhbəri çıxış edərək, kurasiyalar üzrə struktur bölmələr tərəfindən 2014-cü ilin 1-ci rübü ərzində həyata keçirilmiş tədbirlər və onların strateji fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat veriblər.

Çıxışlarda QKDK-nın cari funksional fəaliyyətinin yekunları ilə yanaşı, hesabat dövründə normativ-hüquqi bazanın təkmilləşdirilməsi və ictimaiyyət arasında bazar haqqında biliklərin artırılmasına dair tədbirlərinin təşkil edilməsi istiqamətində ətraflı məlumat verilib.

İclası yekunlaşdıran Kollegiyanın sədri R.Aslanlı cari ilin 1-ci rübünü bütövlükdə Komitə üçün məhsuldar dövr kimi qiymətləndirərək, qiymətli kağızlar bazarında vergi qoyma siyasətinin müəyyən edilməsinin, yeni ticarət və post-ticarət arxitekturasının formalaşdırılmasının, habelə icra intizamının gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti