...

Azərbaycanla Rusiya arasında taxılçılıq sahəsi üzrə anlaşma memorandumu imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2014 19:27 (UTC +04:00)
Bu gün Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), “Qarabağ Taxıl” MMC, Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutu və “Kubanzerno” Tədqiqat və İstehsalat Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Azərbaycanla Rusiya arasında taxılçılıq sahəsi üzrə anlaşma memorandumu imzalanıb

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), "Qarabağ Taxıl" MMC, Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutu və "Kubanzerno" Tədqiqat və İstehsalat Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Bu barədə Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Anlaşma Memorandumuna əsasən, tərəflər perspektivli toxum sortlarının sınaqdan keçirilməsi və əkilməsi sahəsində əməkdaşlıq edəcək, birgə məsləhətləşmə və seminarlar keçirəcək, eləcə də elmi-texniki və kommersiya əlaqələri yaradacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti