...

Bakıda Niderland, İspaniya və Çexiya şirkətlərinin iştirakı ilə biznes forumlar keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2014 20:16 (UTC +04:00)
Aprelin 23-də Niderland Krallığı parlamentinin senatoru Rene van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Niderland Biznes Forumu keçiriləcək.
Bakıda Niderland, İspaniya və Çexiya şirkətlərinin iştirakı ilə biznes forumlar keçiriləcək

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir E.Əliyev/

Aprelin 23-də Niderland Krallığı parlamentinin senatoru Rene van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Niderland Biznes Forumu keçiriləcək.

Trend AZPROMO-ya istinadən məlumat verir ki, biznes forumda kənd təsərrüfatı, təhsil, İKT, tikinti, infrastruktur, logistika, su təsərrüfatının idarə edilməsi və digər sahələri təmsil edən Niderland şirkətləri iştirak edəcəklər.

Aprelin 24-də isə İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqayonun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-İspaniya Biznes Forumu keçiriləcək.

Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən İspaniya şirkətləri iştirak edəcəklər.

Bundan başqa, aprelin 25-də Çexiyanın ticarət və sənaye nazirinin müavini Yirji Havliçekin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Çexiya Biznes Forumu keçiriləcək.

Bu biznes forumda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Çexiya şirkətləri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti