...

Azərbaycanda minik avtomobillərinin istehsalı 10 dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2014 08:11 (UTC +04:00)
2014-cü ilin yanvar-mart aylarında Azərbaycanda 326 minik avtomobili istehsal olunub ki, bu da 2013-cü ilin analoji göstəricisindən 10,2 dəfə çoxdur.
Azərbaycanda minik avtomobillərinin istehsalı 10 dəfədən çox artıb

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.İsmayılov/

2014-cü ilin yanvar-mart aylarında Azərbaycanda 326 minik avtomobili istehsal olunub ki, bu da 2013-cü ilin analoji göstəricisindən 10,2 dəfə çoxdur. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) cari ilin birinci rübünün yekunları üzrə hesabatında deyilir.

2013-cü ildə Azərbaycanda 424 minik avtomobili istehsal olunub ki, bu da 2012-ci ilin göstəricisindən 21,8 faiz azdır.

Məlumata görə, hesabat dövründə respublikada 101 yük maşını istehsal olunub ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. 2013-cü ildə respublikada 246 yük maşını istehsal olunub ki, bu da 2012-ci illə müqayisədə 52,8 faiz çoxdur.

Yanvar-mart aylarında ölkədə 299 traktor istehsal edilib. Bu, 2013-cü ilin analoji dövr göstəricisindən 3,9 dəfə çoxdur.

2013-cü ildə ölkədə 739 traktor istehsal edilib. Bu, 2012-ci ilin göstəricisindən 19,6 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti