...

KfW Almaniya-Azərbaycan Fondunun gələcək taleyi barədə danışıqlar aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2014 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.Xəlilova/

Almaniya İnkişaf Bankı (KfW) Almaniya-Azərbaycan Fondunun (AAF) onun rəhbərliyinə verilməsi məqsədilə Azərbaycan Maliyyə Nazirliyi ilə danışıqlar aparır.

KfW-nin Bakı ofisindən Trend-ə verilən məlumata görə, AAF-ın meneceri olan Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) ilə müqavilənin müddəti 2014-cü ilin sonunadək başa çatır. Buna görə də Azərbaycan tərəfi Fondun idarəçilik xidmətlərini maliyyələşdirməyə razılaşarsa, o, indiki statusunu qoruya bilər.

Almaniya bankının Bakı ofisindən qeyd ediblər ki, əgər maliyyələşdirmə istəyi olmasa, o zaman AAF ölkədə kiçik və orta sahibkarlığın kreditləşdirilməsi sahəsində faəliyyət göstərən digər fonda daxil olacaq.

Danışıqlar cari ilin mayında yekunlaşacaq.

KfW-nin Bakı ofisindən deyiblər: "Buna görə də biz AAF-ın üzvü olan banklar üçün açılan kredit xətlərinin başa çatma müddətini bilməliyik. AAF-ın cari portfeli 11,8 milyon avrodur. Fond özünü təminetmə səviyyəsinə çatıb və hazırda 3 milyon avro qazanıb".

Qeyd edək ki, AAF-ın gələcək işində qeyri-müəyyənlik Azərbaycan hökumətinin KfW-nin kiçik və orta sahibkarlığın inkişafı üçün nəzərdə tutulmuş 5 milyon avro həcmində III kredit xəttindən imtina etməsindən sonra yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti