...

"PAŞA Həyat" yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş şəxsin ailəsinə 100 min manata yaxın sığorta ödənişi verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2014 10:40 (UTC +04:00)
Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.
"PAŞA Həyat" yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş şəxsin ailəsinə 100 min manata yaxın sığorta ödənişi verib

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycanın ən iri həyat sığortaçısı olan "PAŞA Həyat Sığorta" ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, "PAŞA Həyat Sığorta" ASC-də sığortalanan müəssisənin işçisi (sığorta olunan) baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası"nın müvafiq bəndi tətbiq edilməklə 99,573 min manat həcmində birdəfəlik sığorta ödənişi faydalanan şəxsin təqdim etdiyi müvafiq bank hesabına köçürülüb.

Qeyd edək ki, bu ilin birinci rübü ərzində "PAŞA Həyat Sığorta" ASC tərəfindən "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə 304 min manata yaxın sığorta ödənişi həyata keçirilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,1 dəfə çoxdur.

"PAŞA Holding" Şirkətlər Qrupunun ən gənc və uğurlu üzvlərindən biri olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitallının həcmi 40,250 mln. manat təşkil edir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti