...

Çexiya Azərbaycana 1 milyard dollardan artıq sərmayə yatırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2014 11:47 (UTC +04:00)
2002-2013-cü illəri əhatə edən dövrdə Çexiya Azərbaycan iqtisadiyyatına 1 milyard dollardan artıq sərmayə yatırıb.
Çexiya Azərbaycana 1 milyard dollardan artıq sərmayə yatırıb

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Əliyev/

2002-2013-cü illəri əhatə edən dövrdə Çexiya Azərbaycan iqtisadiyyatına 1 milyard dollardan artıq sərmayə yatırıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycan-Çexiya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarsı komissiyasının ikinci iclası zamanı deyib.

N.Səfərov bildirib ki, ölkələrimiz arasında əməkdaşlıq bütün istiqamətlərdə dinamik inkişaf edir. İki ölkə Azərbaycan iqtisadiyyatının inkişafının prioritetlərindən biri olan kənd təsərrüfatı, habelə nəqliyyat sahəsində uğurla əməkdaşlıq edir: "Azərbaycan tərəfi ilə İşçi qrupu haqqında Əsasnamənin layihəsi hazırdır; bundan başqa, beynəlxalq avtomobil daşımaları haqqında sazişin layihəsi razılaşdırılma mərhələsindədir".

Onun sözlərinə görə, Azərbaycan və Çexiya maliyyə sahəsində də uğurla əməkdaşlıq edirlər: "İki ölkənin mərkəzi bankları arasında qarşılıqlı fəaliyyət qurulub. Çexiya bankları Azərbaycana 1,6 milyard dollardan artıq həcmdə kredit ayırıblar. Azərbaycanda nəqliyyat və iqtisadiyyatın digər sahələrini təmsil edən 13 Çexiya şirkəti çalışır".

Səfərov əlavə edib ki, qarşılıqlı əməkdaşlıq bununla məhdudlaşmır, eləcə də səhiyyə və digər sahələri də əhatə edir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ildə Azərbaycan və Çexiya arasında əmtəə dövriyyəsi 305,03 milyon dollar təşkil edib ki, bunun da çox hissəsi (215,92 milyon dolları) Azərbaycan məhsulunun idxalının payına düşüb.

Ötən il ölkə Çexiyadan 89,11 milyon dollarlıq mal idxal edib. Bu halda cari ilin birinci rübünün nəticələrinə görə, iki ölkə arasında əmtəə dövriyyəsi Azərbaycandan ixrac zamanı 86,58 milyon dollar. Bu zaman Çexiyaya 76,54 milyon dollarlıq mal ixrac olunub və ölkəyə çex mallarının 10,04 milyon dollarlıq idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti