...

Azərbaycan və Çexiya gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2014 12:19 (UTC +04:00)
Azərbaycan və Çexiya Respublikası arasında gələcək əməkdaşlığın prioritet istiqamətləri Bakıda keçirilən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasında müəyyənləşdirilib.
Azərbaycan və Çexiya gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Əliyev/

Azərbaycan və Çexiya Respublikası arasında gələcək əməkdaşlığın prioritet istiqamətləri Bakıda keçirilən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasında müəyyənləşdirilib.

İclasın yekunları üzrə komissiyanın həmsədrləri Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov və Çexiyanın sənaye və ticarət nazirinin müavini İrji Qavliçek tərəfindən müvafiq protokol imzalanıb.

İ.Qavliçekin sözlərinə görə, Azərbaycan və Çexiya arasında habelə energetika, hasilat və emal sənayesi, nəqliyyat, səhiyyə və digər sahələr üzrə əməkdaşlığın gələcək inkişafı üçün geniş potensial mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti