...

Qazax Sement Zavodu müştərilərə yeni sulfatadavamlı sement - SulfaSemi təqdim edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2014 14:28 (UTC +04:00)
Artıq 1 ildir ki, Azərbaycanın tikinti sektorunu keyfiyyətli sement məhsulları ilə təmin edən “Qazax Sement Zavodu” MMC müştərilərə müasir standartların tələblərinə tam cavab verən yeni innovativ məhsul - sulfatadavamlı sement məhsulunu (PPS 400 markalı) təqdim edir.
Qazax Sement Zavodu müştərilərə yeni sulfatadavamlı sement - SulfaSemi təqdim edir (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend/

Artıq 1 ildir ki, Azərbaycanın tikinti sektorunu keyfiyyətli sement məhsulları ilə təmin edən "Qazax Sement Zavodu" MMC müştərilərə müasir standartların tələblərinə tam cavab verən yeni innovativ məhsul - sulfatadavamlı sement məhsulunu (PPS 400 markalı) təqdim edir.

Müştərilərin tələb və istəklərini daim diqqət mərkəzində saxlayan "Qazax Sement Zavodu" MMC respublikadakı irimiqyaslı layihələrdə duzluluq tərkibi yüksək olan ərazilərdə istismar olunan beton konstruksiyaların davamlılığını təmin etmək məqsədilə son aylarda sulfatadavamlı sementin istehsalı üzrə araşdırma və sınaqlar aparmışdır. Həmin sınaqlar uğurla yekunlaşmış və 2014-cü ilin may ayında SulfaSem adı ilə yeni sulfatadavamlı (PPS 400 markalı) sementin istehsalına başlanılmışdır. Zavod kimyəvi mühitdə istismar olunan və təbii suların daimi təsirinə məruz qalan beton konstruksiyaların B20-B35 (M250-M450), həmçinin beton bünövrə və yeraltı qurğuların uzunömürlü və möhkəm olması üçün SulfaSem sementinin istifadəsini tövsiyə edir. Bu sementlə inşa olunan beton konstruksiyalar və tikililər müxtəlif duzların dağıdıcı təsirinə qarşı daha müqavimətli olur və bununla da konstruksiyanın uzunömürlülüyü təmin edilir. Sulfatadavamlı sement həmçinin su hovuzları, quyu və kanalizasiyaların beton işlərində istifadə olunması tövsiyyə edilir. Bu sement yalnız qalaq şəklində istehsal olunur.

Zavodda istehsal edilən sulfatadavamlı sement məhsulu (PPS 400 markalı) Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanılmış və Uyğunluq Sertifikatı ilə təmin edilmişdir. Zavod bu məhsul üçün tövsiyyə olunan istifadə sahələri və istifadə texnologiyası barədə müştərilərin maarifləndirilməsi işlərini davam etdirir.

Zavodun Satış Ofisinə müraciət etməklə SulfaSem məhsulu (sulfatadavamlı, PPS 400 markalı) haqqında ətraflı məlumat almaq və sifariş etmək olar.

Əlaqə tel.: (012) 404 44 04; (051) 411 44 04

Qeyd: "Qazax Sement Zavodu" MMC respublikada iri sement istehsalçılarından biridir və "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən təsis edilmişdir. Zavodun istehsal gücü ildə 1 milyon ton sementdir və 2017-ci ilə qədər istehsal həcminin genişləndirilərək illik 3 milyon tona çatdırılması nəzərdə tutulur. 2013-cü ilin iyul ayından istehsala başlayan zavod yeni sulfatadavamlı sementdən başqa qalaq və kisə şəklində CEM II/A-P 42,5 R, CEM II/B-P 32,5 R və CEM IV/B-P 32,5 N markalı sement məhsullarının da istehsalını həyata keçirir. Məhsulların müştərilərə çatdırılmasını təmin etmək üçün Korporasiyasıyanın mərkəzdə və regionlarda Logistika Mərkəzləri təşkil edilmişdir.

Ötən 1 il ərzində "Qazax Sement Zavodu"MMC respublikada ümumi sement tələbatının 10%-ə qədərini təmin etmiş, keyfiyyətli qalaq və kisə sement məhsullarının istehsalı, məhsulların müştərilərə vaxtında çatdırması, müştərilərə sement istifadə sahələri haqqında geniş təcrübəyə əsaslanan texniki dəstək verməsi ilə yüksək müştəri məmnuniyyətinə nail olmuşdur. Hazırda zavodun 600 nəfərə çatan işçi kollektivində yerli işçilərlə yanaşı, Çin və Türkiyədən dəvət olunmuş mütəxəssislər də çalışır. Bütün bu fəaliyyət nəticəsində "Qazax Sement Zavodu"MMC Azərbaycanda və bütövlükdə regional miqyasda tikinti sektorunun aparıcı qüvvəsi olacaq və ölkənin milli rifahına öz dəstəyini verəcəkdir.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"ASC tərəfindən "Qazax Sement Zavodu" MMC-nin inşasına 2010-cu ildə, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına dəstək çərçivəsində başlanılmışdır. Zavodun inşaat, montaj və proqramlaşdırma işləri uğurla başa çatdırıldıqdan sonra 05 İyul 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə zavodun istehsal xəttinin rəsmi açılış mərasimi olmuş və istehsala başlanılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti