...

AZAL Qırğızıstan paytaxtına aviareys açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2014 10:47 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin təyyarələri oktyabrın 26-dan Bakı-Bişkek-Bakı marşrutu üzrə birbaşa aviareyslərin yerinə yetirilməsinə başlayacaq.
AZAL Qırğızıstan paytaxtına aviareys açır

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Emil İsmayılov/

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin təyyarələri oktyabrın 26-dan Bakı-Bişkek-Bakı marşrutu üzrə birbaşa aviareyslərin yerinə yetirilməsinə başlayacaq. Trend-in məlumatına görə, AZAL-ın rəsmi saytında yerləşdirilmiş məlumatda belə deyilir.

Məlumatda qeyd olunur ki, aviareyslər çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Təyyarə çərşənbə axşamı Bakıdan yerli vaxtla saat 20:20-də, bazar günləri isə 10:10-da yerinə yetiriləcək.

Məlumatda o da deyilir ki, noyabrın 3-dən AZAL Həştərxana reysləri bərpa edəcək, uçuşlar bazar ertəsi həyata keçiriləcək.

Təyyarə Bakıdan yerli vaxtla saat 19:00-da uçacaq, ertəsi gün saat 05:35-də isə paytaxta qayıdacaq.

Məlumatda yeni aviareyslər barədə tam məlumatın olmaması səbəbindən aviabiletlərin qiyməti göstərilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti