...

"Union Lizinq" gəlirliliyi 11 faiz olan istiqrazlar yerləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2014 17:49 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Union Lizinq" ASC-nin 5 milyon manat dəyərində adlı, faizli, sənədsiz, təmin edilmiş istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
"Union Lizinq" gəlirliliyi 11 faiz olan istiqrazlar yerləşdirir

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Union Lizinq" ASC-nin 5 milyon manat dəyərində adlı, faizli, sənədsiz, təmin edilmiş istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.

Bakı Fond Birjasından Trend-ə verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 5 min istiqraz buraxılıb. Qiymətli kağızların tədavül müddəti 1095 gün, illik faiz dərəcəsi 11 faiz və faiz ödəniş dövrünün müddəti isə rübdə bir dəfədir.

Yerləşdirmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti