...

Azərbaycan və Gürcüstan arasında əmtəə dövriyyəsi təqribən 4 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2014 15:35 (UTC +04:00)
Azərbaycan Gürcüstanın iri xarici ticarət tərəfdaşları arasında ikinci mövqeni qoruyur.
Azərbaycan və Gürcüstan arasında əmtəə dövriyyəsi təqribən 4 faiz azalıb

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir Zülfiyyə Qurbanova/

Azərbaycan Gürcüstanın iri xarici ticarət tərəfdaşları arasında ikinci mövqeni qoruyur.

Trend-in məlumatına görə, Gürcüstan Milli Statistika Xidmətinin xarici ticarət haqqında hesabatına əsasən, cari ilin yanvar-iyun aylarında iki ölkə arasında əmtəə dövriyyəsi 584,3 milyon dollar (Gürcüstanın xarici ticarət əməliyyatlarının ümumi həcminin 10,7 faizi) təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,7 faiz azdır. Müqayisə üçün, 2013-cü ilin yanvar-iyun aylarında iki ölkənin əmtəə dövriyyəsi 605,98 milyon dollar təşkil edib.

Azərbaycan hesabat dövründə Gürcüstan üçün (bu ölkənin ümumi ixracında 20,4 faiz xüsusi çəki ilə) ən iri ixrac bazarı olaraq qalıb. Qeyd edilən dövr ərzində Gürcüstan Azərbaycana 290,2 milyon dollar dəyərində mal və xidmət ixrac edib ki, bu da 2013-cü ilin I yarısının göstəricisindən 12,8 faiz azdır.

Eyni zamanda, Azərbaycandan 294,1 milyon dollar dəyərində (Gürcüstanın ümumi idxalının 7,3 faizi) mal və xidmət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 8,8 faiz azdır.

İki ölkə arasında ticarət balansının profisiti 41,1 milyon dollar təşkil edib.

Gürcüstanın ən iri ticarət tərəfdaşı 939,5 milyon dollar dövriyyə ilə Türkiyədir. Çin 380,2 milyon dollarla üçüncüdür.

2014-cü ilin yanvar-iyun aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 5,4 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 14,9 faiz üstələyir.

İxrac 1,42 milyard dollar (14,5 faiz artım), idxal isə 4,03 milyard dollar (15,8 faiz artım) olub.

Xarici ticarət balansının kəsiri 2,6 milyard dollar və ya ümumi dövriyyənin 48 faizini təşkil edib.

Hesabat dövründə 131 ölkə Gürcüstanın ticarət tərəfdaşı olub. 95 ölkə ilə əmtəə dövriyyəsində mənfi saldo, 36 ölkə ilə müsbət saldo yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti