...

Riçard Morninqstar: Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığı yalnız enerji sahəsində deyil, digər sahələrdə də inkişaf edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2014 21:03 (UTC +04:00)
Azərbaycan öz suverenliyini və müstəqilliyini bir çox cəhətdən nümayiş etdirib.
Riçard Morninqstar: Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığı yalnız enerji sahəsində deyil, digər sahələrdə də inkişaf edəcək

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Səbinə Әhmədova/

Azərbaycan öz suverenliyini və müstəqilliyini bir çox cəhətdən nümayiş etdirib. Trend-in məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar səlahiyyət müddətinin başa çatması münasibətilə vida çıxışında deyib.

Səfir bildirib ki, təzyiqlərə baxmayaraq, Azərbaycan Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsinə sadiq qaldı: "Bu kəmər Azərbaycanın iqtisadi inkişafının təməl daşı oldu. Birləşmiş Ştatlar kəməri dəstəklədi, çünki bu layihə Azərbaycan və qonşu Gürcüstana öz suverenlik və müstəqilliyini qoruyub saxlamaga kömək etdi".

Onun sözlərinə görə, Azərbaycanın Gürcüstan, Türkiyə və Avropaya qaz nəql edəcək Cənub Qaz Dəhlizinə sadiqliyi eyni dərəcədə cəsarətli addım idi: "Ümidvaram ki, ikitərəfli iqtisadi əməkdaşlığımız yalnız enerji sahəsində deyil, digər sahələrdə də inkişaf edəcək. Ümid edirəm ki, iki tərəflk ticarət və sərmayələr daha da artacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti