...

ARDNF ilin I yarısında iri irriqasiya layihəsinə 14 milyon dollardan çox vəsait ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2014 20:00 (UTC +04:00)
2014-cü ilin iyulun 1-nə olan məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsdinin reallaşdırılmasına 1,08 milyard manat ayırıb.

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir Emil İsmayılov/

2014-cü il iyulun 1-nə olan məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin reallaşdırılmasına 1,08 milyard manat ayırıb.

Trend-in ARDNF-yə istinadən verdiyi məlumata görə, su elektrik stansiyası ilə birlikdə "Taxtakörpü" su anbarının tikintisinə 523,1 milyon manat ayırılıb.

Taxtakörpü-Ceyranbatan və Vəlvələçay-Taxtakörpü kanallarınım tikintisinə müvafiq olaraq 393,1 milyon manat və 129,4 milyon manat ayrılıb.

Məlumata əsasən, ARDNF 2014-cü ilin I yarısında göstərilən layihələrə 11 milyon manat ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti