...

"Muğanbank" adsız istiqrazlar üzrə lotereyanın növbəti tirajını keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2014 12:24 (UTC +04:00)
"Muğanbank" ASC-nin Ə.Rəcəbli küç., 21B ünvanında yerləşən baş ofisində iyulun 30-u, saat 10:00-da adsız istiqrazlar üzrə lotereyanın sayca 38-ci tirajı keçiriləcək.
"Muğanbank" adsız istiqrazlar üzrə lotereyanın növbəti tirajını keçirəcək

Azərbaycan, Bakı, 25 iyul /Trend/

"Muğanbank" ASC-nin Ə.Rəcəbli küç., 21B ünvanında yerləşən baş ofisində iyulun 30-u, saat 10:00-da adsız istiqrazlar üzrə lotereyanın sayca 38-ci tirajı keçiriləcək.

Bankdan Trend-ə verilən məlumatda deyilir ki, məhsula olan yüksək tələbatı və çoxsaylı istiqraz sahiblərinin maraqlarını nəzərə alaraq tirajın gedişi canlı yayımlanır. Canlı yayımı qeyd olunmuş linkdən izləmək mümkündür.

Adsız istiqrazlar üzrə hər tirajın uduş fondu 562 500 AZN, uduşlu istiqrazların sayı isə 2000 ədəd təşkil edir. Maksimum uduş məbləği 50 000 AZN-dir.

"Muğanbank" ASC-nin istiqraz layihəsi 2009-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib. Bank 50 mln. manat dəyərində 1 mln. ədəd istiqraz emissiya edib. Hər istiqrazın nominal dəyəri 50 manatdır. 10 illik dövriyyə müddətində 80 tiraj keçiriləcəkdir.

İstiqraz sahiblərinə hər bir tiraj barədə məlumat verilir və onların bankın baş ofisinə gələrək hər bir tirajda iştirak etmək hüququ var.

Hazırkı məhsulun uduş faizi kifayət qədər yüksəkdir, habelə hər bir istiqraz sahibinə illik 2% gəlir təmin edilir. İstiqraz sahibləri istiqrazlarını istənilən vaxt banka qaytarmaq imkanına malikdirlər. İstiqraz qaytarılarkən nominal məbləğinin üzərinə yuxarıda göstərilən illik faiz əlavə olunur.

Uduşa düşmüş istiqrazların nömrələri ilə "Xalq qəzeti"nin tirajdan sonrakı növbəti buraxılışında, həmçinin bankın rəsmi saytında tanış olmaq mümkündür.

"Muğanbank" ASC-nin məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər bankın məlumat mərkəzinə, (012) 933 telefon nömrəsinə zəng edə, həmçinin bankın rəsmi saytı http://www.muganbank.az/, FacebookTwitter səhifələrini izləməklə bank və onun fəaliyyəti haqqında daim yeni xəbərlərlə tanış ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti