...

"Bank of Baku"dan növbəsiz kredit təklifi

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2014 12:32 (UTC +04:00)
"Bank of Baku" və "Bakcell" yeni, müştərək layihəyə start verirlər. "Ulduzum" layihəsi çərçivəsində Bakcell-in Cin abunəçiləri sərfəli şərtlərlə "Bank of Baku"nun məhsul və xidmətlərindən faydalana bilərlər.
"Bank of Baku"dan növbəsiz kredit təklifi

Azərbaycan, Bakı, 25 iyul /Trend/

"Bank of Baku" və "Bakcell" yeni, müştərək layihəyə start verirlər. "Ulduzum" layihəsi çərçivəsində Bakcell-in Cin abunəçiləri sərfəli şərtlərlə "Bank of Baku"nun məhsul və xidmətlərindən faydalana bilərlər.

Bankdan Trend-ə daxil olan məlumata görə, bu layihəyə qoşulmaq üçün sadəcə "bank" yazıb SMS ilə 5555 nömrəsinə göndərmək kifayətdir. "Bank of Baku"nun nümayəndələri müştəri ilə qısa zamanda əlaqə saxlayacaq və banka dəvət edəcək. "Ulduzum" proqramının üzvü olan "Bakcell" abunəçiləri "Bank of Baku"da krediti NÖVBƏSİZ əldə edə biləcəklər. Üstəlik, kredit və ya Bolkart rəsmiləşdirən müştəriyə 60 dəqiqəlik mobil danışıq hədiyyə olunacaq.

Beləliklə, layihə çərçivəsində mobil operator abunəçiləri sərfəli kredit rəsmiləşdirə, kredit kartları əldə edə və digər kredit məhsullarından bəhrələnə bilərlər.

Daha ətraflı məlumat:

"Bank of Baku"nun 145 Məlumat Mərkəzi

Bakcell-in 555 Məlumat Mərkəzi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti