...

Azərbaycan Gürcüstana tikinti materiallarının ixracını təqribən 10 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2014 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

İl ərzində Gürcüstana Azərbaycan istehsallı tikinti materiallarının idxalı 9,7 faiz artıb. Trend-in məlumata görə, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin 2014-cü ilin yanvar-iyun aylarının yekunu üzrə xarici ticarət haqqında hesabatında deyilir.

Hesabata əsasən, bu ilin 6 ayında Azərbaycandan Gürcüstana 10,66 milyon dollar dəyərində 62,39 min ton tikinti gipsi və digər anhidritlər idxal olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 8,9 min ton üstələyir. Müqayisə üçün: 2013-cü ilin ilk 6 ayında Gürcüstana 9,72 milyon dollar dəyərində 53,49 min ton tikinti materialı idxal edilib.

Gürcüstana Azərbaycan ixracının ümumi həcmində tikinti materialların xüsusi çəkisi hesabat dövründə 3,6 faiz olub.

İlin I yarısında Gürcüstan Azərbaycandan 294,1 milyon dollar dəyərində məhsul idxal edib. Hesabata əsasən, Azərbaycandan Gürcüstana idxal il ərzində 7,6 faiz artıb. Müqayisə üçün: ötən ilin yanvar-iyun aylarında Gürcüstan 273,2 milyon dollar dəyərində Azərbaycan məhsulu idxal edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti