...

Azərbaycan Gürcüstandan mal-qara idxalını 15 faizdən çox azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2014 20:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

2014-cü ilin birinci yarısında Gürcüstandan Azərbaycana 17,96 milyon dollar dəyərində 7,02 min ton diri çəkidə iribuynuzlu mal-qara idxal edilib. Trend-in məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin ilin birinci yarısının yekunlarına dair hesabatında deyilir.

Hesabat dövründə bu sahənin xüsusi çəkisi Gürcüstandan Azərbaycana ixracın ümumi həcminin 6,2 faizini təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan Azərbaycana iribuynuzlu mal-qaranın idxal həcmi 15,8 faiz, say etibarilə isə 1,26 min ton (15,2 faiz) azalıb. Müqayisə üçün: 2013-cü ilin yanvar-iyununda Gürcüstandan Azərbaycana 21,33 milyon dollar dəyərində 8,28 min ton diri çəkidə iribuynuzlu mal-qara idxal edilib.

Bu ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 290,2 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da hesabat dövründə ölkə ixracının ümumi həcminin 20,4 faizini təşkil edir. İl ərzindən Gürcüstandan Azərbaycana ixrac 12,8 faiz azalıb. Müqayisə üçün: 2013-cü ilin yanvar-iyununda Azərbaycana 332,8 milyon dollar dəyərində Gürcüstan malları ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti