...

Azərbaycanda pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2014 15:38 (UTC +04:00)
2014-cü ilin ilk yarısında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin, xüsusilə də qeyri-büdcə daxilolmalarının sürətli artımı, öz növbəsində, pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilən xərclərin artımına imkan verib.
Azərbaycanda pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir

Azərbaycan, Bakı, 25 iyun /Trend/

2014-cü ilin ilk yarısında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin, xüsusilə də qeyri-büdcə daxilolmalarının sürətli artımı, öz növbəsində, pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilən xərclərin artımına imkan verib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, bunu DSMF-nin sədri Elman Mehdiyev 2014-cü ilin I yarısının yekunları ilə bağlı bildirib.

O, qeyd edib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən 2014-cü il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 2,4 faizlik artım (indeksasiya) tətbiq olunub: "1 iyul 2014-cü il tarixə əmək pensiyalarının baza məbləği 100 manat, orta aylıq məbləği 172,7 manat, yaşa görə pensiyalar üzrə orta aylıq məbləğ 190,9 manat, əvəzetmə əmsalı 45 faiz təşkil edib. Nəticədə pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyib".

E.Mehdiyev deyib ki, bütün bunlar Azərbaycanda uğurlu sosial siyasətin aparılması, pensiyaçıların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanılması və pensiyaların davamlı artırılmasına dair Azərbaycan Prezidentinin qəbul etdiyi ardıcıl qərarların real nəticəsidir.

Fond sədrinin sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri cari ilin 6 ayında da uğurla davam etdirilib: "2014-cü ilin ilk yarısında Fondun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 8,9 faiz və ya 115,8 mln. manat, sosial sığorta daxilolmaları isə 11,4 faiz və ya 82,7 mln. manat artıb. Sosial sığorta daxilolmalarının 64,5 faizi və ya 519,9 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,2 faiz çoxdur. Eyni zamanda, fiziki şəxslərdən daxilolmalar 11,7 faiz artıb".

O bildirib ki, qeyri-büdcə daxilolmalarının belə sürətli artımı ölkədəki iqtisadi inkişafın orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin yaradılması, sığortaedənlərin qeydiyyatının gücləndirilməsi və əməkhaqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsinə birbaşa təsirinin göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti