...

Elman Mehdiyev: Azərbaycanda sosial sığorta sistemində fərdi uçota alınanların sayı 125 min nəfərdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2014 16:10 (UTC +04:00)
Azərbaycanda sosial sığorta sistemində fərdi uçota alınanların sayı 2014-cü ilin birinci yarısında 125 min nəfərdən çox artıb. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 2014-cü ilin I yarısının yekunları ilə bağlı bildirib.
Elman Mehdiyev: Azərbaycanda sosial sığorta sistemində fərdi uçota alınanların sayı 125 min nəfərdən çox artıb

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Azərbaycanda sosial sığorta sistemində fərdi uçota alınanların sayı 2014-cü ilin birinci yarısında 125 min nəfərdən çox artıb. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 2014-cü ilin I yarısının yekunları ilə bağlı bildirib.

Sığortaolunanların fərdi uçot sisteminin qurulması tədbirlərinin davam etdirildiyini qeyd edən DSMF sədri 2014-cü ilin 1 iyul tarixinə 2 milyon 816 mindən çox sığortaolunana sosial sığorta nömrəsi verildiyini, onlar üçün fərdi hesab açıldığını deyib: "Fərdi uçota alınanların sayı 2014-cü ilin birinci yarısında 125 min nəfərdən çox artıb. Eyni zamanda, sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi aparılıb. Fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidməti fəaliyyətini davam etdirib. Bu xidmət çərçivəsində hər bir sığortaolunan fərdi şəxsi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanına malikdir ki, bütün bunlar işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir".

E.Mehdiyev qeyd edib ki, Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edir və Dövlət Sosial Müdafiə Fondunun mərkəzi məlumat bazasında 1 milyon 283 min nəfər pensiyaçı və 2 milyon 816 min nəfərdən çox sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.

Fondun sədri vurğulayıb ki, hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində 2014-cü ilin I yarısında Fond tərəfindən əlavə olaraq daha 5 elektron xidmət istifadəçilərin ixtiyarına verilib: "2014-cü ilin birinci yarısında DSMF-nin həm öz saytı (www.dsmf.qov.az), həm də "Elektron hökumət" portalı (www. e-qov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 500 min vətəndaş yararlanıb. "Elektron hökumət" portalının statistikasına əsasən, Fondun təklif etdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir. İl ərzində bilavasitə bu portala inteqrasiya olunan elektron xidmətlərdən 130 mindən çox vətəndaş istifadə edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti