...

Azərbaycanda banklarından birinə iki kredit təşkilatının ipoteka portfelləri verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2014 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

"Nikoil Bank" ASC-yə "Bank of Azerbaijan" və müflisləşmiş "Royal Bank"ın ipoteka portfellərinin verilməsi nəticəsində bankın ipoteka portfeli ilin əvvəlindən 96 faiz artaraq 23,28 milyon manat təşkil edib.

Bankdan Trend-ə bildiriblər ki, 2014-cü il yanvarın 1-nə olan vəziyyətə görə, mənzilin alınmasına 11,89 milyon manat dəyərində kredit verilib.

"Nikoil Bank"dakı mənbə bildirib ki, bank ilin sonuna ipoteka portfelini 28,87 milyon manata çatdırmağı planlaşdırır.

Hazırda bankın məcmu kredit portfelində ipoteka kreditlərinin payı 16 faiz təşkil edir. "Nikoil Bank"ın kredit portfeli isə 251,7 milyon manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti