...

Tacikistan Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə əməkdaşlığa dair Strateji Plan hazırlamağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2014 19:30 (UTC +04:00)
Tacikistanın sənaye və yeni texnologiyalar naziri Bobozoda Şavkat ilə Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənov arasında görüş keçirilib.
Tacikistan Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə əməkdaşlığa dair Strateji Plan hazırlamağı planlaşdırır

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Tacikistanın sənaye və yeni texnologiyalar naziri Bobozoda Şavkat ilə Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənov arasında görüş keçirilib.

Azərbaycanın Düşənbədəki səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkənin prezidentləri arasında səmimi münasibətlərin olması məmnunluq hissi ilə vurğulanıb, bu amilin iki ölkə arasında münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün müsbət şərait yaratdığı qeyd olunub. Tərəflər, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıblar.

Görüş zamanı bu il Düşənbədə Azərbaycan və Tacikistan iş adamlarının iştirakı ilə biznes forumun və Azərbaycan sənaye məhsullarının sərgisinin təşkilinin planlaşdırıldığı qeyd olunub, bununla yanaşı, iki dövlət arasında qarşılıqlı maraq kəsb edən konkret sahələrə - yüngül-yeyinti sənayesi, neft-kimya, geologiya, əlvan metalların emalı, hidroenergetika, kənd təsərüffatı məhsullarının emalı, sement istehsalı, alüminium sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycan investisiyalarının (dövlət və özəl) Tacikistan iqtisadiyyatına cəlb edilməsi, Tacikistana məxsus yüklərin Azərbaycan ərazisindən Avropaya daşınması və s. sahələrə dair fikir mübadiləsi aparılıb.

Nazir B.Şavkat Tacikistanın müxtəlif sənaye qrurumlarının təmsilçilyi ilə tez bir zamanda işçi qrupunun yaradılmasına hazır olduqlarını bildirib, Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə əməkdaşlığa dair Strateji Planın hazırlanmasının planlaşdırıldığını qeyd edib.

Səfir A.Həsənov Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqlə davam etdirməsinin nəticəsi olaraq Azərbaycanın nail olduğu inkişaf göstəriciləri barədə məlumat verib, Azərbaycanın regionun lider dövlətinə çevrildiyini qeyd edib. O, 1993-cü ildən bəri Azərbaycan iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulduğunu, bunun yarıdan çoxunun milli investisiya təşkil etdiyini bildirib. Həmçinin, Azərbaycanın hərtərəfli inkişafının başqa ölkələrə də investisiya qoymağa imkan yaratdığını, Tacikistanın da bu imkandan faydalana biləcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti