...

ARDNF xaricdə gənclərin təhsil almasına 118 milyon dollardan çox vəsait ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2014 22:48 (UTC +04:00)
2014-cü ilin iyulun 1-nə olan məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2008-ci ildən təqribən 93 milyon manat ayrılıb.
ARDNF xaricdə gənclərin təhsil almasına 118 milyon dollardan çox vəsait ayırıb

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin iyulun 1-nə olan məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2008-ci ildən təqribən 93 milyon manat ayrılıb.

Trend-in ARDNF-nin saytına istinadən verdiyi məlumata görə, Fond tərəfindən gənclərin xaricdə təhsil almasına ayrılmış vəsaitlərin ümumi həcminin 54 faizi qeyd edilən dövrdə (2008-ci ildən 2014-cü il iyunun sonunadək) tələbələrin ümumi yataqxanalarda və s. qalmasına, 40 faizi təhsil haqqına, 3,3 faizi yol xərclərinə, 1,2 faizi tibbi sığortaya, 1,2 faizi digər xərclərə, 0,3 faizi isə viza və qeydiyyata xərclənib.

2014-cü ilin yanvar-iyun aylarında ARDNF Azərbaycan gənclərinin xaricdə təhsil almasına 5,18 milyon manat ayırıb. İlin I yarısında ayrılmış vəsaitlərin ümumi həcmindən 2,32 milyon manat tələbələrin yerləşməsinə, 2,51 milyon manat təhsil haqqına, 182,46 min manat yol xərclərinə, 69,03 min manat digər xərclərə, 82,31 min manat sığortaya və 20,35 min manat viza və qeydiyyata xərclənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti