...

Ekspert: Mərkəzi Bankın prudensial addımları iqtisadiyyatın real sektorunun maliyyələşməsini sürətləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2014 13:21 (UTC +04:00)
Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank" rüblük əsasda ölkə üzrə iqtisadi icmalları hazırlamağa davam edir. Növbəti icmalda cari ilin 6 ayında xarici sektorun iri həcmli profisiti və fiskal konsolidasiya şəraitində ölkə iqtisadiyyatında artımın davam etdiyi göstərilib.
Ekspert: Mərkəzi Bankın prudensial addımları iqtisadiyyatın real sektorunun maliyyələşməsini sürətləndirəcək

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank" rüblük əsasda ölkə üzrə iqtisadi icmalları hazırlamağa davam edir. Növbəti icmalda cari ilin 6 ayında xarici sektorun iri həcmli profisiti və fiskal konsolidasiya şəraitində ölkə iqtisadiyyatında artımın davam etdiyi göstərilib.

Bankdan Trend-ə daxil olan məlumatda deyilir ki, dövr ərzində iqtisadi artımın əsas aparıcı qüvvəsi qeyri-neft sektoru olub və qeyri-neft iqtisadiyyatının bütün sahələri ümumi artıma pozitiv töhfə verib.

"PAŞA Bank"ın iqtisadi araşdırmalar şöbəsinin müdiri Elman Eminovun sözlərinə görə, büdcənin investisiya xərclərinin azaldılması və ölkədaxili ərzaq istehsalının genişlənməsi idxalı azaldıb, nəticədə qeyri-neft sektorunun cari əməliyyatlar balansı yaxşılaşıb: "İllik inflyasiya səviyyəsi birrəqəmli olaraq qalıb və ilin sonuna inflyasiya təzyiqlərinin aktivləşəcəyi ehtimalı aşağı səviyyədə olduğu müəyyənləşdirilib. Bütövlükdə, ölkənin güclü makroiqtisadi tarazlığı dövlət-özəl tələbi arasındakı yenidən balanslaşma proseslərinin uğurla idarə olunmasına geniş imkanlar açır".

Bankın İnvestisiya Bankçılığı və Xəzinədarlıq departamentinin direktoru Ahmet Üstmen bildirib: "İlin əvvəlində Azərbaycanın ilk dövlət istiqrazlarının beynəlxalq bazarlarda uğurla yerləşdirilməsi ölkənin kapital bazarlarına olan xarici marağı artıra bilər. Mərkəzi Bankın son dövrlər atdığı prudensial addımlar iqtisadiyyatın bazar əsaslı maliyyələşməsini daha da sürətləndirəcək. "PAŞA Bank" daxili və regional ekspansiyasına uyğun olaraq bu proseslərdə aktiv rol almaq əzmindədir".

Qeyd edək ki, icmal rüb ərzində ölkə iqtisadiyyatında müşahidə olunan proseslər, maliyyə-bank sistemi və maliyyə bazarlarında mövcud vəziyyət, əsas siyasət dəyişiklikləri və ilin sonuna iqtisadi artım gözləntilərini özündə birləşdirir. Azərbaycan və ingilis dillərində hazırlanan icmal bankın mövcud və potensial müştərilərinə öz biznes hədəflərinə çatmaq üçün makro və mikro-iqtisadi trendləri daha yaxından təqib etmək imkanı yaradacaq.

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş bank, geniş spektrli korporativ bank xidmətləri, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri göstərir. Baş ofis və altı filialla təmsil olunan PAŞA Bank-da 268 əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunub, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.

PAŞA Bank Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm, eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti