...

Azərbaycanda istehsalçılara yanacaq və motor yağlarına görə 26 milyon manata yaxın yardım ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2014 19:17 (UTC +04:00)
Azərbaycanda istehsalçılara əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə təxminən 25,8 milyon manat məbləğində yardım ayrılması barədə qərar qəbul edilib.
Azərbaycanda istehsalçılara yanacaq və motor yağlarına görə 26 milyon manata yaxın yardım ayrılıb

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Azərbaycanda istehsalçılara əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə təxminən 25,8 milyon manat məbləğində yardım ayrılması barədə qərar qəbul edilib.

Kənd Təsərrüfatı nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə qərar çərşənbə axşamı Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin rəhbərliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclasında qəbul edilib.

İclasda İ.Quliyev qeyd edib ki, 2007-ci ildən başlayaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına görə yardım verilir. Bu məqsədlə 2014-cü ildə də dövlət büdcəsində vəsait nəzərdə tutulub.

Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi ilə bağlı 27 rayon (şəhər) komissiyasından daxil olmuş sənədlərə baxılmışdır.

Respublika Komissiyası qalan 27 rayon (şəhər) komissiyası üzrə 180877 istehsalçıya 644642,07 hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 25785682,8 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, "Kapital Bank" ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.

Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə yardım veriləcək istehsalçıların siyahısı, onların əkin sahələri və hesablanmış yardımın məbəği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcəkdir.

Eyni zamanda Respublika Komissiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq olunmuş "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştə satılması Qaydaları"nın 1.2, 2.3 və 2.8 bəndlərinə uyğun olaraq 4 satıcı təşkilat, o cumlədən, "Aqrolizinq" ASC, "Aqrokimya" MMC, "Aqroxim" MMC və "İ.E.R. ltd" MMC tərəfindən 8544 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 68029,37 hektara görə 50 faiz güzəştlə satılmış 12933,9 ton mineral gübrə üçün 2938373,7 manat dövlət büdcəsi vəsaitinin onlara ödənilməsi barədə qərar qəbul edib və bununla bağlı müvafiq sənədlər Maliyyə Nazirliyinə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti