...

Azərbaycanda minik avtomobillərinin istehsalı təqribən 5 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2014 16:35 (UTC +04:00)
Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 1510 minik avtomobili istehsal olunub ki, bu da 2013-cü ilin analoji dövründə qeydə alınan göstəricidən 4,6 dəfə artıqdır.
Azərbaycanda minik avtomobillərinin istehsalı təqribən 5 dəfə artıb

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Emil İsmayılov/

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 1510 minik avtomobili istehsal olunub ki, bu da 2013-cü ilin analoji dövründə qeydə alınan göstəricidən 4,6 dəfə artıqdır. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin 7 ayının yekunu üzrə hesabatında bildirilir.

2013-cü ildə Azərbaycanda 424 minik maşını istehsal olunub. Bu, 2012-ci ilin göstəricisindən 21,8 faiz azdır.

Hesabatda qeyd olunur ki, yanvar-iyul aylarında respublikada 159 yük maşını istehsal olunub. Bu, 2012-ci ilin analoji dövründə qeydə alınan göstəricidən 8,2 faiz çoxdur.

2013-cü ildə Azərbaycanda 246 yük maşını istehsal olunub ki, bu da 2012-ci ilin göstəricisini 52,8 faiz üstələyir.

Hesabat dövründə ölkədə 709 traktor istehsal edilib ki, bu da 2013-cü ilin müvafiq dövründə qeydə alınan göstəricidən 70,8 faiz çoxdur.

2013-cü ildə Azərbaycanda 739 traktor istehsal edilib. Bu, 2012-ci ildə qeydə alınan göstəricidən 19,6 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti