...

"Rossiya 1" telekanalı Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya tədarükü imkanlarına dair süjet hazırlayıb (VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2014 12:10 (UTC +04:00)
"Rossiya 1" telekanalı Azərbaycanın Quba və Xaçmaz rayonlarından kənd təsərrüfatı məhsullarının Rusiya bazarına tədarük edilməsi imkanlarına həsr edilmiş veriliş hazırlayıb.
"Rossiya 1" telekanalı Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya tədarükü imkanlarına dair süjet hazırlayıb (VİDEO)

Azərbaycan, Bakı, 18 avqust /Trend/

"Rossiya 1" telekanalı Azərbaycanın Quba və Xaçmaz rayonlarından kənd təsərrüfatı məhsullarının Rusiya bazarına tədarük edilməsi imkanlarına həsr edilmiş veriliş hazırlayıb. Trend-in məlumatına görə, jurnalist Əzəmət Salihovun hazırladığı veriliş avqustun 17-də "Rossiya 1" telekanalı vasitəsilə nümayiş etdirilib.

Müəllif təqribən 5 dəqiqəlik verilişi bu sözlərlə başlayır: "Pomidor, şaftalı, gavalı, həmçinin onlarla meyvə və tərəvəzin necə yetişdirildiyini görmək üçün Azərbaycan rayonuna yola düşürük. Burada şaftalını çox qədim zamanlardan yetişdirirlər, plantasiyalar isə minlərlə hektar ərazini əhatə edir. Buradan Bakıya məsafə çox olsa da, Rusiya sərhədinə cəmi 20 kilometr məsafə var. Buna görə də yerli kəndlilər artıq yeni perspektivli bazarın mənimsənilməsinə hazırlaşırlar və hətta şaftalının tədarük edilməsi üçün rus dilində məhsul növünün və istehsalçının nömrəsinin qeyd edildiyi yeni qablaşdırma hazırlayıblar".

Verilişdə kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə müsahibə, eləcə də Qafqaz Konserv Zavodundan reportaj yer alıb.

Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçıları hazırda Rusiya bazarına kortəbii şəkildə gətirilən şaftalı, armud və pomidorun ixracı üçün hazır olduqlarını ifadə ediblər.

Jurnalist Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarında itirilmiş mövqeyini bərpa edəcəyinə ümid etdiyini bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar kənd təsərrüfatı məhsullarının saxlanılması üçün logistik mərkəzlərin yaradılması məqsədilə Azərbaycana investisiyaların yatırılması planlaşdırılır.

Həmin videoreportajı diqqətinizə çatdırırıq:

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti