...

Unibank-dan kiçik və orta biznesə böyük dəstək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2014 11:05 (UTC +04:00)
Unibank-dan kiçik və orta biznesə böyük dəstək
Unibank-dan kiçik və orta biznesə böyük dəstək

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Unibank kiçik və orta bizneslə məşğul olanlara xüsusi xidmət təklif edir. Bankın ilk dəfə olaraq, yalnız bizneslə məşğul olan müştərilər üçün ixtisaslaşdırılmış filialı fəaliyyətə başlayıb. Qara Qarayev metrostansiyasına yaxın, A.Manafov küçəsi 9 ünvanında yerləşən "Qara Qarayev" biznes-filialı, kiçik və orta bizneslə məşğul olan müştərilərin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək. Paytaxtın ən aktiv biznes mühitində yerləşən və yeni vizual tərtibata uyğun "Qara Qarayev" filialında, hər bir müştəri üçün fərdi xidmət nəzərdə tutulur.

Unibankın korporativ bank xidmətləri departamentinin rəhbəri İqor Okayev bildirib ki, Unibank pərakəndə və korporativ müştərilərə xidmət görstərməklə, həmişə universal bank fəaliyyətini davam etdirib və korporativ biznes seqmentində lider və novator bank olaraq qalıb: "Bankımızda ölkəmizin neft və qeyri-neft sektorunu təmsil edən böyük şirkətlərə, həmçinin kiçik və orta sahibkarlara xidmət olunur. Səhmdarlar tərəfindən təsdiqlənmiş strategiyada bəhs edilir ki, Unibank gələcəkdə daha da universal bankçılıq konsepsiyası çərçivəsində inkişaf edəcək və qısa müddət ərzində biznes sahəsini yeni bir səviyyəyə çıxaracaq.Bu strategiyanın reallaşması üçün bir çox məqsədlər qoyulub. Birincisi, kiçik və orta bizneslə məşğul olan müştərilərin xidməti üçün istisaslaşdırılmış filialların açılmasıdır. İkincisi- biznes sahəsinin brendləşdiriməsidir ki, burda da məqsəd bu biznes sahənin riteyl-biznesindən ayrılması və bank daxilində ayrıca sahə kimi xidmət göstərməsidir. Artıq biz bu istiqamətdə şüarımızı da seçmişik. Bu, "Biznesinizə daimi dəstək" şüarıdır. Bundan əlavə, əsas məqsədlərdən biri beynəlxalq proqramlarda daha da fəal iştirak etməklə, kiçik və orta bizneslə məşğul olan müştərilərimiz üçün sərfəli şərtlərlə maliyyə resursları cəlb etmək, kredit şərtlərinin təkmilləşdirilməsidir. Sahibkarala texniki dəstək- biznes müştərilərinin banka gəlmədən öz hesab və CRM-lərini idarəetməsinə imkan verən internet-bankinq sisteminin daha da təkmilləşdirmək də əsas hədəflərimizdəndir. Regionların dinamik inkişafını və yerli biznesin gücləndirilməsini nəzərə alaraq, bu seqment üçün bank məhsulları və xidmətlərinin təqdim edilməsində böyük ehtiyac var. Unibankın əsas məqsədlərindən biri də regionlarda fəaliyyətimizi genişləndirməkdir. Biz əminik ki, məqsədlərimizin həyata keçirilməsi, Bankın mövqeyini korporativ bazar və KOS-bankinq sahələrində daha da gücləndirəcək."

İqor Okayev, Unibankın gələcəkdə biznesə dəstək üzrə ixtisaslaşdırılmış filial şəbəkəsini daha da genişləndirəcəyini bildirib.

Unibank- Biznesinizə daimi dəstək!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti