...

"Schneider Electric" şirkəti Türkiyə bazarında öz mövqeyini möhkəmləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2014 14:11 (UTC +04:00)
"Schneider Electric" şirkəti Türkiyə bazarının naqil çəkən qurğunun ləvazimatları üzrə aparıcı subyektlərindən biri olan “Günsan Elektrik” şirkətini satın almaqla Türkiyədə öz mövqeyini möhkəmləndirir.
"Schneider Electric" şirkəti Türkiyə bazarında öz mövqeyini möhkəmləndirir

Azərbaycan, Bakı, 21 avqust /Trend/

"Schneider Electric SE" şirkəti Türkiyədə yaşayış və kommersiya binaları bazarlarına xidmət göstərən naqil çəkici qurğunun ləvazimatları üzrə ikinci ən böyük subyekt olan "Günsan Elektrik" şirkətini satın almaq üçün 2014-cü il avqustun 12-də saziş imzalamışdır.

İstanbulda yerləşən və 300 nəfərdən çox işçiyə malik olan "Günsan Elektrik" şirkəti naqil çəkən qurğunun ləvazimatları üzrə ixtisaslaşır. O, geniş çeşiddə məhsullar, o cümlədən dəyişdirici açarlar və elektrik yuvalar, çox kiçik dövrə ayırıcıları və əriyən qoruyuculu paylayıcı şkaflar təklif edir. Bu şirkət 2013-cü ildə təxminən 100 milyon yeni türk lirəsi (35 milyon avro) məbləğində gəlir hasil etmişdir və bu göstərici vergilər, faizlər və amortizasiya xərcləri çıxılmazdan əvvəlki gəlir (EBITA) əsasında hesablanan gəlirlilik əmsalına görə bu şirkətlər qrupunun binalar və tərəfdaşlıq üzrə işgüzar fəaliyyətinin həcmindən bir qədər yüksəkdir.

"Günsan Elektrik" şirkəti "Schneider Electric" şirkətinə yaxşı tanınan əmtəə nişanı, geniş yerli distribütor şəbəkəsini və Türkiyədə rəqabət qabiliyyətli istehsal bazasını bəxş edəcək, "Schneider Electric" şirkətinin əla keyfiyyətli məhsullar çeşidini güclü, orta həcmli müəssisənin məhsul çeşidi ilə tamamlayacaq.

Bu sövdələşmə "Schneider Electric" şirkətinin əsas diqqəti birləşdirici satın almalara yönəltmək və yerli bazar tələbatlarına uyğunlaşdırılmış məhsullar vasitəsilə yeni ölkələrin bazarlarında öz iştirak payını daha da artırmaq strategiyasına uyğun gəlir. Güman edilir ki, bu satınalma birinci ildən etibarən bir səhmin payına düşən təmiz mənfəəti artıracaq və üçüncü ilin sonuna qədər "Schneider Electric" şirkətinin cəlb edilmiş kapitalın rentabelliyi meyarlarını təmin edəcək.

Bu sövdələşmə dövlət tənzimləməsi orqanları tərəfindən təsdiqlənməlidir.

Enerji idarəetməsi üzrə hərtərəfli mütəxəssis qismində 100-dən çox ölkədə fəaliyyət göstərməklə "Schneider Electric" şirkəti çoxsaylı bazar seqmentləri üçün kompleks texnologiyaları, o cümlədən kommunal xidmət və infrastruktur, sənaye sahələri və maşınqayırma müəssisələri, qeyri-yaşayış binaları, məlumat mərkəzləri və şəbəkələri və yaşayış binaları üzrə liderlik mövqelərini təklif edir. Əsas diqqətini enerjinin təhlükəsiz, etibarlı, səmərəli, məhsuldar və ekoloji cəhətdən zərərsiz olmasına yönəltməklə, bu şirkətlər qrupu və onun işçiləri fiziki və hüquqi şəxslərin öz enerjilərini ən səmərəli şəkildə istifadə etmələrinə kömək etmək əzmini fəal surətdə nümayiş etdirməklə 2013-cü ildə 24 milyard avro məbləğində satış həcminə nail olmuşlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti