...

Şahin Mustafayev: Azərbaycanda bu ilin yanvar-iyul aylarında qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 56%-i ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2014 14:48 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri Heydər Əsədov Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüşüblər. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilmiş görüşdə 40-a yaxın iri meyvə-tərəvəz istehsalçısı, emal müəssisələrinin və logistik mərkəzlərin rəhbərləri iştirak ediblər.
Şahin Mustafayev: Azərbaycanda bu ilin yanvar-iyul aylarında qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 56%-i ötüb

Azərbaycan, Bakı, 29 avqust /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri Heydər Əsədov Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüşüblər. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilmiş görüşdə 40-a yaxın iri meyvə-tərəvəz istehsalçısı, emal müəssisələrinin və logistik mərkəzlərin rəhbərləri iştirak ediblər.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə qeyri-neft sektorunun ixrac potensialına, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalına, ölkənin ixrac imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirlərinə, bu sahədə sahibkarların üzərinə düşən vəzifələrə dair müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Ş.Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafının təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin formalaşdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının həcminin artdığını, ölkəmizin iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb. İqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi, ölkənin ixrac imkanlarının artırılması Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir.

Bildirilib ki, 2014-cü ilin yanvar-iyul aylarında qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 56%-i ötüb, qeyri-neft məhsullarının ixracı artıb. İqtisadiyyatın aparıcı sahəsinə çevrilmiş özəl sektorun inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə kompleks dövlət dəstəyi tədbirləri (kənd təsərrüfatı məhsullarının istehsalçılarının torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilməsi, texnika və gübrə satışında tətbiq olunan güzəştlər, güzəştli kreditlərin verilməsi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi və s.) həyata keçirilir. Bu tədbirlərin nəticəsidir ki, artıq ölkə ÜDM-nin 80%-dən çoxu özəl sektorun payına düşür.

Hazırda ölkənin bütün iqtisadi rayonlarında, o cümlədən Quba-Xaçmazda müasir texnologiyalara əsaslanan istehsal və emal müəssisələri, logistik mərkəzlər fəaliyyət göstərir. Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülür. Belə ki, bu yaxınlarda Qazaxıstanda Azərbaycanın xaricdə ilk Logistik Mərkəzinin təməli qoyulub. Görülən dəstək tədbirlərinin nəticəsində Azərbaycanın ixrac imkanları genişlənib, qeyri-neft məhsullarının ixracı artıb. Bu gün rəqabətqabiliyyətli yerli məhsullar ənənəvi bazarlarla yanaşı, bir sıra xarici ölkələrə ixrac edilir. Bununla belə, müxtəlif məhsulların ixracı sahəsində ölkəmiz geniş potensiala malikdir.

Ölkəmizin ixrac imkanlarının genişləndirilməsi sahəsində dəstək tədbirlərinin davam etdiriləcəyini vurğulayan nazir Ş.Mustafayev bu sahədə keyfiyyətli və ixracyönümlü məhsul istehsalının, məhsulların standartlara uyğun markalanmasının əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Kənd Təsərrüfatı naziri H.Əsədov çıxışında qeyri-neft sektorunun aparıcı sahəsi olan aqrar sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri, bu sahədə yeni yanaşma üsulları barədə məlumat verib. Qeyd edilib ki, kənd təsərrüfatının inkişafına, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına dövlət dəstəyi bundan sonra da davam etdiriləcək. Nazir aqrar sahədə fəaliyyət göstərən istehsalçılar və emalçılar arasında kooperasiya əlaqələrinin inkişaf etdirilməsinin, Azərbaycan brendinin formalaşdırılmasının, sifarişlərin yerinə yetirilməsi zamanı müqavilələrin birbaşa bağlanmasının və müqavilə öhdəliklərinə əməl olunmasının vacibliyini vurğulayıb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev sahibkarlarla keçirilən belə formatlı görüşlərin dövlət-sahibkar münasibətlərinin inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində əhəmiyyətli olduğunu qeyd edib.

Görüşdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar özəl sektorun inkişafına göstərilən dəstək tədbirlərinə görə təşəkkür edib, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, istehsalçılar, emalçılar və alıcılar arasında əlaqələrin daha da inkişafı, ixrac imkanlarının genişləndirilməsi və s. məsələlərə dair fikirlərini bölüşüb, müxtəlif təkliflər səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti