...

Azərbaycan sahibkarları Gürcüstanda investisiya forumuna dəvət olunurlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2014 13:16 (UTC +04:00)
Oktyabrın 29-30-da Tbilisidə Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. Bu barədə Trend İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən məlumat verir.
Azərbaycan sahibkarları Gürcüstanda investisiya forumuna dəvət olunurlar

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir Zülfiyyə Qurbanova/

Oktyabrın 29-30-da Tbilisidə Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. Bu barədə Trend Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən məlumat verir.

Tədbir çərçivəsində dünya iqtisadiyyatının tendensiyaları müzakirə olunacaq. Azərbaycan sahibkarları tədbirdə iştiraka dəvət olunurlar.

Forumun işində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Asiya İnkişaf Bankının bitse-prezidenti Venkey Çjan, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu iştirak edəcəklər.

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin yanvar-iyul aylarında iki ölkə arasında əmtəə dövriyyəsi 372,02 milyon dollar təşkil edib.

Ötən il Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaların həcmi 60 faiz artıb. Azərbaycan 2013-cü ildə Gürcüstana 89,9 milyon dollar investisiya yatırıb və bununla da Gürcüstanın ən böyük sərmayəçiləri arasında 4-cü yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti