...

Azərbaycanın prosessinq mərkəzinin plastik kartlarla dövriyyəsi 820 milyon dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2014 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/

2014-cü il avqustun 1-nə "MilliKart" prosessinq mərkəzi tərəfindən xidmət göstərilən plastik kartların sayı 673 min ədəd olub. Bu barədə Trend-ə mərkəzdən bildiriblər.

"MilliKart"ın xidmət göstərdiyi kartlarla əməliyyatların sayı 3,72 milyon ədəd, əməliyyatların həcmi isə 643,28 milyon manat olub.

Mərkəzdə xidmət göstərən 15 bank tərəfindən quraşdırılan bankomatların sayı 2014-cü il avqustun 1-nə 407-yə çatıb. "MilliKart" prosessinq mərkəzi tərəfindən xidmət göstərilən POS-terminalların sayı 8,268 min ədəd təşkil edib.

"MilliKart Group" MMC 4 milyon manatlıq nizamnamə kapitalına malikdir və 2006-cı il iyulun 14-də 18 bank tərəfindən yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti