...

KFC Azərbaycanda Səba toyuqlarından istifadə edir? (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2014 10:46 (UTC +04:00)
“Səba” məhsul yığımına başlayıb. Ağcabədi və Beyləqanda yerləşən “Səba” tarlalarından toplanan məhsuldan brendin toyuqlarına yem hazırlanacaq. Bununla artıq 3 ildir ki, şirkət yetişdirdiyi toyuqları öz becərdiyi qarğıdalı dəni ilə yemləyir.
KFC Azərbaycanda Səba toyuqlarından istifadə edir? (FOTO)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

"Səba" məhsul yığımına başlayıb. Ağcabədi və Beyləqanda yerləşən "Səba" tarlalarından toplanan məhsuldan brendin toyuqlarına yem hazırlanacaq. Bununla artıq 3 ildir ki, şirkət yetişdirdiyi toyuqları öz becərdiyi qarğıdalı dəni ilə yemləyir.

10 ildən artıq bir müddətdə Azərbaycanda toyuq əti istehsalında lider olan "Səba" məhsullarının yüksək keyfiyyəti, dadı və sağlamlığı üçün bütün yeniliklərdən istifadə edir. "Səba" Azərbaycanda toyuqlarını öz məhsulu ilə yemləyən yeganə şirkətdir. Bunun sayəsində brend bəslədiyi toyuqların keyfiyyətinə tamamilə zəmanət verir. Qeyd etmək lazımdır ki, toyuqların sağlam qidalanması onların peyinindən "Səba" tarlalarında gübrə kimi istifadəyə imkan yaradır.

Toyuq yemi üçün "Səba"-nın qarğıdalı dənini seçməsi də təsadüfi deyil. Qarğıdalı toyuğun qida rasionunun 50 faizdən çoxunu təşkil etməli olan dənli bitkilər arasında ən keyfiyyətlisidir. O, qidalılığı ilə digər dənli bitkilərdən və otdan üstündür. Tərkibinin E vitamini və karbohidratlarla zəngin olması "Səba" toyuqlarının sağlam gümrahlığını təmin edir. Məhz qarğıdalı yemi ilə qidalandığına görə "Səba" toyuqları çox ətli, sarı və sağlam yağlıdır.
Qeyd etmək lazımdır ki, "Səba" toyuqları əhalinin bütün təbəqələrinin olduğu kimi, yüksək standartlarla işləyən beynəlxalq şirkətlərin də tələblərinə cavab verir. Məşhur KFC şəbəkəsi Azərbaycanda açıldığı vaxtdan indiyədək məhz "Səba" təzə toyuqlarından istifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti