...

İlin I yarısında Azərbaycana birbaşa investisiyaların 85 faizindən çoxu neft-qaz sektoruna ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2014 17:32 (UTC +04:00)
2013-cü ilin I yarısında Azərbaycan iqtisadiyyatına cəlb edilmiş xarici kapitalın ümumi həcmi 3,9 milyard dollar təşkil edib ki, burada neft-qaz sektorunun xüsusi çəkisi 85,3 faiz səviyyəsində olub.
İlin I yarısında Azərbaycana birbaşa investisiyaların 85 faizindən çoxu neft-qaz sektoruna ayrılıb

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/

2013-cü ilin I yarısında Azərbaycan iqtisadiyyatına cəlb edilmiş xarici kapitalın ümumi həcmi 3,9 milyard dollar təşkil edib ki, burada neft-qaz sektorunun xüsusi çəkisi 85,3 faiz səviyyəsində olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında dərc edilən tədiyyə balansında deyilir.

Bu investisiyalar Azərbaycan ərazisində əsasən "BP Exploration Ltd" ("Şahdəniz") və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında aparılan neft-qaz layihələri çərçivəsində işlərin maliyyələşdirilməsi məqsədilə istifadə edilib.

AMB-nin hesablamalarına əsasən, qeyri-neft sektoruna cəlb edilmiş birbaşa investisiyaların həcmi 569 milyard dollar olub ki, bu da ölkəyə cəlb edilmiş birbaşa investisiyaların ümumi həcminin 14,7 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti