...

"Muğanbank"ın adsız istiqrazları üzrə lotereyanın 39-cu tirajının qalibləri müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2014 16:30 (UTC +04:00)
"Muğanbank" ASC-nin baş ofisində sentyabrın 15-də adsız istiqrazlar üzrə lotereyanın 39-cu tirajının nəticələri müəyyənləşib.
"Muğanbank"ın adsız istiqrazları üzrə lotereyanın 39-cu tirajının qalibləri müəyyənləşib

Azərbaycan, Bakı, 16 sentyabr/Trend/

"Muğanbank" ASC-nin baş ofisində sentyabrın 15-də adsız istiqrazlar üzrə lotereyanın 39-cu tirajının nəticələri müəyyənləşib.

Bankdan Trend-ə verilən məlumata görə, istaqraz sahibləri tərəfindən tirajın gedişatının rahat izlənilməsi üçün və prosesin şəffaflığını təmin etmək məqsədi ilə tədbir "Muğanbank" ASC-nin rəsmi saytında canlı yayımlanıb.

Adsız istiqrazlar üzrə hər tirajın uduş fondu 562 500 AZN, uduşlu istiqrazların sayı isə 2000 ədəd təşkil edir. Maksimum uduş məbləği 50 000 AZN-dir.

Tirajın nəticələri ilə "Xalq qəzeti"nin növbəti sayında, həmçinin "Muğanbank" ASC-nin rəsmi saytında tanış ola bilərsiniz (http://www.muganbank.az/retail/bearer-bonds/list/). Həmçinin, 933 Məlumat Mərkəzinə zəng etməklə məlumat ala bilərsiniz.

Növbəti 40-cı tiraj 2014-cü il oktyabrın 30-da "Muğanbank" ASC-nin Ə.Rəcəbli, 21B ünvanında yerləşən baş ofisində keçiriləcək.

"Muğanbank" ASC-nin istiqraz layihəsi 2009-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib. Bank 50 mln. manat dəyərində 1 mln. ədəd istiqraz emissiya edib. Hər istiqrazın nominal dəyəri 50 manatdır. 10 illik dövriyyə müddətində 80 tiraj keçiriləcək.

Bu məhsulun riskdən azad olması kimi müsbət xüsusiyyəti əhəmiyyətli və kifayət qədər cəlbedici faktdır. Belə ki, hazırkı məhsulun uduş faizi kifayət qədər yüksəkdir, habelə hər bir istiqraz sahibinə illik 2% gəlir təmin edilir. İstiqraz sahibi istənilən vaxt istiqrazlarını "Muğanbank" ASC-nin istənilən filialına qaytarıb istiqrazların nominalları üzrə pullarını və üstünə gələn illik faizini götürmək imkanına malikdir. Başqa sözlə desək, bank öz qiymətli kağızlarının tam likvidliyini təmin edir. Bu şərtlər ailə büdcəsinə əlavə investisiya etmək qərarının verilməsi üçün mühüm əsasdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti