...

Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti 8,5 faiz təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2014 17:41 (UTC +04:00)
1 iyul 2014-cü il tarixinə Azərbaycanın xarici dövlət borcu 4,987.9 milyon manat, xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 8,5 faiz təşkil edib.
Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti 8,5 faiz təşkil edir

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

1 iyul 2014-cü il tarixinə Azərbaycanın xarici dövlət borcu 4,987.9 milyon manat, xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 8,5 faiz təşkil edib.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, borc vəsaitlərinin 7,7%-i 10 ilə qədər, 62,0%-i 10 ildən 20 ilə qədər, 30,3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.

1 iyul 2014-cü il tarixinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 10,8 faiz, ABŞ dolları - 60,6 faiz, avro - 24,3 faiz, yapon yeni - 2,3 faiz, İslam dinarı - 0.8 faiz, Səudiyyə rialı - 0,5 faiz, BƏƏ dirhəmi - 0,5 faiz, Küveyt dinarı - 0,2 faiz.

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avrova Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmiryol nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilib.

Həmçinin cari ilin mart ayında ölkə tarixində ilk dəfə olaraq beynəlxalq valyuta bazarlarında uğurla yerləşdirilmiş xarici valyuta nominallı dövlət qiymətli kağızları vasitəsilə 1,250,0 milyon ABŞ dollarında vəsait cəlb edilib və bununla da Azərbaycan dövlət borcunun uzunmüddətli (10 il) gəlirlik əyrisinin bünövrəsi qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti