...

"Fövqəladə Hallar Qatarı" MMC-nin yeni istehsalat bazası istismara verilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2014 11:09 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” QSC "Fövqəladə Hallar Qatarı" MMC-nin yeni tikilən inzibati binası və təmir sexi istismara verilib.
"Fövqəladə Hallar Qatarı" MMC-nin yeni istehsalat bazası istismara verilib (FOTO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Emil İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC "Fövqəladə Hallar Qatarı" MMC-nin yeni tikilən inzibati binası və təmir sexi istismara verilib.

Trend-in məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini Musa Pənahov, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Əlirza Süleymanov və Dünya Bankının nümayəndələri iştirak ediblər.

"Əsaslı Tikinti və Texniki Nəzarət" MMC-nin rəisi Sabir Məhərrəmov bildirib ki, dəmir yolunda fövqəladə və qəza hallarının aradan qaldırılmasının təmin edilməsi məqsədilə Biləcəri stansiyasında keçmiş "Buz zavodu"nun ərazisində 1 iyun 2013-cü ildə başlanan "Fövqəladə Hallar Qatarı" MMC-nin istehsalat bazasının tikintisi işləri 1 avqust 2014-cü ildə başa çatdırılıb. Tikinti işlərini "6-cı mərtəbə" müstəqil şirkəti həyata keçirib.

Ümumi ərazisi 25296 kvadrat-metr olan istehsalat bazasında inzibati bina, təmir sexi, avtomobillərin dayanacağı üçün talvar, su və çirkab su anbarları inşa edilib.

Dayağı monolit dəmir-beton sütunlardan ibarət olan iki mərtəbəli inzibati binanın bünövrəsi monolit lentvari dəmir-betondan tökülüb. Dam örtüyü keramitə bənzər metal vərəqdən ağac çatı üzərində quraşdırılıb. Pilləkan və eyvan məhəccərləri metaldan hazırlanaraq yağlı boya ilə rənglənib. Arakəsmələr qalınlığı 10 sm olan boşluqlu kərpiclə hörülüb. Birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün ikimarşlı monolit dəmir-beton pilləkən hazırlanıb, divar və arakəsmələr yüksək keyfiyyətli suvaqla suvanıb, emulsiya ilə rənglənib.

Binanın ətrafı perimetr boyunca qum, çınqıl üzrə asfalt-betonla örtülüb. Obyektlərin normal fəaliyyətini təmin etmək məqsədilə elektrik təchizatı, xarici su təchizatı və kanalizasiya sistemləri quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti