...

Azərbaycanın diplomatik missiyasının nümayəndələri Soçidə investisiya forumunda iştirak edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2014 13:35 (UTC +04:00)
Soçidə Rusiyanın Krasnodar diyarının ən böyük konqres-sərgi meydançası ərasizində beynəlxalq investisiya forumu açılır.
Azərbaycanın diplomatik missiyasının nümayəndələri Soçidə investisiya forumunda iştirak edəcəklər

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Soçidə Rusiyanın Krasnodar diyarının ən böyük konqres-sərgi meydançası ərasizində beynəlxalq investisiya forumu açılır. Trend bu barədə cümə axşamı RİA Novosti-yə istinadən xəbər verir.

Rusiyanın əsas investisiya tədbirində ölkə regionlarından 80 nümayəndəlik iştirak edəcək. 45 regionun nümayəndə heyətinə qubernatorlar və regional baş nazirlər rəhbərlik edəcəklər.

Krasnodar diyarının administrasiyasından bildirilib: "İşgüzar proqramda 18 diplomatik missiya iştirak edəcək. Forumun iştirakçıları arasında Slovakiya, CAR, Nigeriya, Ermənistan, İtaliya, Belarus, Avropa İttiafqının səfirləri, eləcə də İsveçrə, Yaponiya, Polşa, Fransa, Azərbaycan və Böyük Britaniyanın diplomatik missiyalarının nümayəndələri iştirak edəcəklər".

Rusiya regionlarının investisiya potensialının təqdimatı üçün sərgi meydançası 3,5 min kvadratmetrdən çoxdur. Cənub regionları - Krasnodar diyarı, Rostov vilayəti, Dağıstan və İnquşetiya, eləcə də Tatarıstan və Kalininqrad vilayəti daha iri ekspozisiyalarda təmsil olunacaqlar.

Ənənəyə görə Soçidəki investisiya forumu təkcə Rusiya və dünya iqtisadiyyatının ən aktual məsələlərinin deyil, həm də gözlənilən mədəni layihələrin müzakirəsi üçün meydança olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti