...

"ExpressPay" ödəniş terminallarına "Azərsu" üzrə ödəmələr əlavə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2014 13:44 (UTC +04:00)
"ExpressPay" ödəniş terminallarına "Azərsu" kommunal xidmət təchizatçısının abonent kodları üzrə ödəmələri əlavə olunub.
"ExpressPay" ödəniş terminallarına "Azərsu" üzrə ödəmələr əlavə olunub

Azərbaycan, Bakı, 18 sentyabr/Trend/

"ExpressPay" ödəniş terminallarına "Azərsu" kommunal xidmət təchizatçısının abonent kodları üzrə ödəmələri əlavə olunub.

"Expressbank" ASC-dən cümə axşamı Trend-ə verilən məlumata görə, artıq müştərilər istifadə etdikləri su üçün ödənişləri terminallar vasitəsilə asanlıqla ödəyə bilərlər. Yaxın gələcəkdə terminallarda Smart Kart üzrə "Azərsu" ödənişləri də həyata keçirmək mümkün olacaq.

Hazırda ödəniş terminallarında "Expressbank"a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), Bakcell və NarMobile mobil operatoru, AzərEnerji kommunal xidmət təchizatçısının hesab-bildiriş üzrə ödəmələri, KATV1 və SNTV (Sumqayıt) rəqəmsal yayımlı kabel televiziyası və İnternet provayderi, Data plus və Qlobal Networks İnternet provayderləri üzrə ödənişləri, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

Qeyd edək ki, 2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, mobil operatorlar, kabel televiziyaları, İnternet provayderlər və s. nəzərdə tutulur.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat və ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti