...

Türkiyənin iri banklarından biri bağlandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2014 17:43 (UTC +04:00)
Türkiyənin iri banklarından biri olan “Bank Asya” bağlanıb.
Türkiyənin iri banklarından biri bağlandı

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin iri banklarından biri olan "Bank Asya" bağlanıb.

Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, bankın bağlanmasına səbəb səhmlərinin dəyərdən düşməsi olub.

2014-cü il avqustun 7-də Türkiyənin Bank Nəzarəti Qurumu bankın fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul etmişdi. Bankın fəaliyyətinin bərpa olunması məqsədilə onun səhmdarları tərəfindən kapitallaşmaya dair qərar qəbul olunmuşdu. Bununla əlaqədar "Bank Asya" nəzarət orqanına müraciət etmişdi.

Sentyabrın 15-dən bank öz fəaliyyətini yenidən bərpa edib.

Prezident Rəcəb Tayyib Ərdoğan bankın müflisləşmə həddində olduğunu bəyan edib və hökumətin guya onun bağlanması üçün bilərəkdən addım atdığı barədə iddiaları təkzib edib.

Qeyd edək ki, bundan əvvəl "Bank Asya"nın Fətullah Gülən hərəkatı ilə sıx əlaqələri olduğuna dair xəbərlər yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti