...

Samir Şərifov: 2015-ci il dövlət büdcəsi layihəsinin xərcləri Azərbaycanda sosial siyasətin davam etdirilməsi üçün maliyyə təminatı yaradacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2014 18:47 (UTC +04:00)
Bu gün Maliyyə Nazirliyində Nazirlər Kabinetinə təqdim olunmuş 2015-ci il dövlət budcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Samir Şərifov: 2015-ci il dövlət büdcəsi layihəsinin xərcləri Azərbaycanda sosial siyasətin davam etdirilməsi üçün maliyyə təminatı yaradacaq

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Bu gün Maliyyə Nazirliyində Nazirlər Kabinetinə təqdim olunmuş 2015-ci il dövlət budcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kollegiya iclasında çıxış edən maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsi layihəsinin strukturu və əsas prioritetləri barədə məlumat verib. Nazir bildirib ki, 2015-ci il və sonrakı üç il üçün dövlət büdcəsi xərclərinin layihəsi "Büdcə sistemi haqqında" qanuna müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların real büdcə sifarişləri və gözlənilən büdcə gəlirləri nəzərə alınmaqla hazırlanıb.

S.Şərifov deyib ki, gələn ilin dövlət büdcəsi layihəsinin xərcləri Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin davam etdirilməsi və digər prioritet hədəflərin həyata keçirilməsi üçün maliyyə təminatı yaradacaq. O cümlədən, iqtisadi və sosial islahatlara dəstək olmaq, dövlətin müdafiə qabiliyyətini gücləndirmək, iqtisadi, ərzaq, ekoloji təhlükəsizliyi təmin etmək, investisiya və sosial proqramların, xarici borc və öhdəliklərin yerinə yetirilməsinə, qeyri-neft sektorunun inkişafına və s. nail olmaq 2015-ci il və sonrakı üç ildə qarşıda duran vəzifələrdən olacaq.

Büdcə şəffaflığı məsələsinə toxunan nazir qeyd edib ki, artıq bir neçə ildir, dövlət və icmal büdcələrinin layihələri Milli Məclisə təqdim olunmazdan əvvəl Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilərək ictimai müzakirəyə çıxarılır. Bununla yanaşı, büdcənin parametrləri ilə əhalini maarifləndirmək məqsədilə sadə və anlaşıqlı dildə vətəndaşın büdcə bələdçisi hazırlanır və bütün bunlar ictimaiyyət, o cümlədən vətəndaş cəmiyyəti institutları və beynəlxalq maliyyə təşkilatları tərəfindən böyük maraqla qarşılanır.

Kollegiyada qeyd olunub ki, Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər hazırlanaraq vaxtından əvvəl Nazirlər Kabinetinə olunub. Növbəti həftədə Nazirlər Kabinetində 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin geniş müzakirəsinin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti