...

“Fanta” Gənclik Festivalının xüsusi qonağı Türkiyənin estrada ulduzu Kənan Doğulu olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2014 11:40 (UTC +04:00)
Sentyabrın 27-də “Coca-Cola” şirkəti “Baku Crystal Hall” konsert zalında ikinci “Fanta” Gənclik Festivalını keçirəcək.
“Fanta” Gənclik Festivalının xüsusi qonağı Türkiyənin estrada ulduzu Kənan Doğulu olacaq

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Sentyabrın 27-də "Coca-Cola" şirkəti "Baku Crystal Hall" konsert zalında ikinci "Fanta" Gənclik Festivalını keçirəcək.

Festival çərçivəsində təşkil olunacaq konsertdə Azərbaycan və Türkiyənin tanınmış estrada ulduzları çıxış edəcəklər. Konsertin əsas ifaçısı Türkiyənin tanınmış estrada müğənnisi Kənan Doğulu olacaq. O, səhnəni Azərbaycanın məşhur müğənniləri Miri Yusif və Natəvan Həbibi ilə bölüşəcək.

Festivala bilet əldə etmək üçün sentyabrın 26-dək 10 ədəd yaşıl "Fanta" qapağını toplayaraq, Bakıda yerləşən bilet dəyişmə məntəqələrinin birinə ("Metro Park", "28 Mall" və ya "Park Bulvar" ticarət mərkəzlərində) gətirib, əvəzində bilet almaq olar. Biletləri həmçinin, 106FM radiostansiyasında keçirilən xüsusi müsabiqədə iştirak edərək qazanmaq mümkündür.

Tədbir zamanı "Fanta" oyun zonası təşkil olunacaq və festivalın bütün iştirakçıları bu zonadan yararlanaraq, qeyri-adi sumo yarışında iştirak edib, stolüstü futbol və böyük boulinq oynaya biləcəklər. Bütün bunlar DJ Ruido Lokonun musiqisi ilə müşayiət olunacaq.

Bununla yanaşı, festivala gələn gənclər Kənan Doğulu, Miri Yusif və Natəvan Həbibi ilə səhnədə "selfie" üslubunda şəkil çəkdirmək imkanı əldə edəcəklər. Belə ki, sentyabrın 26-dək maraqlı "selfi" şəkillərini öncədən www.fantafestivali.com veb-səhifəsində yerləşdirən gənclər arasından ən çox bəyənilən ("Like") şəkil müəllifləri qalib olaraq, səhnəyə dəvət ediləcəklər.

"Fanta" Gənclik Festivalı Azərbaycanda ildən-ilə daha çox pərəstişkar toplaya bilən layihədir. Əgər ötən il sözügedən tədbiri 30 minədək insan ziyarət etmişdirsə, bu il iştirakçıların sayı daha çox olacağı gözlənilir. Bu il "Fanta" Gənclik Festivalı Bakı ilə yanaşı Gəncə, Sumqayıt, Lənkəran, Quba, Xaçmaz, Şirvan, Şamaxı, Şəki, Balakən və İsmayıllı kimi şəhərləri də əhatə edəcək. Sözügedən şəhərlərə musiqi sədaları ilə xüsusi "Fanta" karvanları yollanacaq və bu da ayrıca bayram mühiti yaradaraq, ölkə üzrə daha çox gənci cəlb etməyə imkan yaradır.

Xatırladaq ki, ötən il "Fanta" Gənclik Festivalı Tofiq Bəhramov adına stadionda keçirilib. Festivalda Türkiyənin estrada ulduzu Emre Aydın, "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsinin qalibi Nigar Camal, həmçinin, Azərbaycanın tanınmış müğənnisi Miri Yusif və reper Uran iştirak ediblər.

"Fanta" Gənclik Festivalı Türkiyədə ən böyük və uzunmüddətli festivaldır. Festival 12 il ərzində 16 şəhərdə təşkil olunub və 4,1 mln. iştirakçı cəlb edə bilib.

Daha ətraflı məlumat üçün www.fantafestivali.com veb-səhifəsini ziyarət edin və ya (012) 346-18-10 telefon nömrəsinə zəng edin.

"Coca Cola" şirkəti haqqında:

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət istehlakçılara 500-dən yuxarı qazlı və qazsız sərinləşdirici içkilər brendlərini təqdim edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli və tanınmış brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 17 mlrd. ABŞ dolları olan brendlər daxildir: "DietCoke", "Fanta", "Sprite", "Coca-ColaZero", "vitaminwater", "Powerade", "MinuteMaid", "Simply" və "Georgia Coffee". Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com. Bizi eləcə də "Twitter"də twitter.com/CocaColaCo, bizim blogda, Coca-Cola Unbottled, www.coca-colablog.com saytında vəya "LinkedIn"də www.linkedin.com/company/the-coca-cola-company izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti