...

"Bank VTB" (Azərbaycan) ASC-nin "Əcəmi" filialının kredit portfeli 7 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2014 19:58 (UTC +04:00)
Fəaliyyət göstərdiyi üç ilin yekunlarına əsasən, "Bank VTB" (Azərbaycan) ASC-nin "Əcəmi" filialının kredit portfelinin həcmi 34 milyon manatı ötüb. Təkcə son bir il ərzində filialın məcmu kredit portfeli 45% artıb.
"Bank VTB" (Azərbaycan) ASC-nin "Əcəmi" filialının
kredit portfeli 7 dəfə artıb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Fəaliyyət göstərdiyi üç ilin yekunlarına əsasən, "Bank VTB" (Azərbaycan) ASC-nin "Əcəmi" filialının kredit portfelinin həcmi 34 milyon manatı ötüb. Təkcə son bir il ərzində filialın məcmu kredit portfeli 45% artıb.

Bankdan Trend-ə verilən məlumata görə, 30 sentyabr 2011-ci il tarixində fəaliyyətə başlayan "Əcəmi" filialı "Bank VTB" (Azərbaycan) ASC-nin ilk filialıdır. 2013-cü ilin əvvəlindən etibarən filialın fəaliyyətində sürətli inkişaf dinamikası müşahidə olunur ki, həmin dövrdən etibarən filialın müştəri bazası sürətlə genişlənmiş, filiala pərakəndə müştərilərin cəlb edilməsi istiqamətində yüksək nəticələr əldə edilmişdir. Təkcə son iki ildə filial kredit portfelinin 7 dəfə artmasına nail olmuşdur. Həmin dövr ərzində müştərilərin sayı 6 dəfə artmış və 4 min nəfərə çatmışdır. Nəticədə, pərakəndə kredit portfelinin həcmi 95% artaraq 33 milyon manata, kiçik biznes üçün kreditlərin həcmi isə 1,6 milyon manata çatıb.

Flialın direktoru Anar Zeynalov bildirib: "Bank VTB" (Azərbaycan)-ın "Əcəmi" filialının fəaliyyətində əsas istiqamət pərakəndə müştərilərin cəlb olunmasıdır. Hazırda müştərilərimiz arasında ən çox müraciət edilən fiziki şəxslərə təqdim etdiyimiz nağd kreditlər və "Avtoekspress" adı altında təqdim olunan avtokreditlərdir. Eyni zamanda, filialımızın komandası kiçik biznes subyektlərinin də cəlb olunmasına xüsusi diqqət yetirir".

Yaradılmasının 3-cü illiyi ərəfəsində "Əcəmi" filialı yeni "İpoteka" məhsulunu təklif etməyə başlayıb və artıq bu məhsula əhali tərəfindən böyük maraq göstərilir. Yeni məhsulun daha da uğurlu tətbiqi üçün artıq tərəfdaş tikinti şirkəti ilə birlikdə yeni ev alıcılarının kreditləşdirilməsi istiqamətində fəal iş aparılır.

"Memar Əcəmi" metrostansiyanın çıxışında yerləşən filial bundan sonra da təklif etdiyi məhsullarının çeşidinin artırmağa, fiziki və hüquqi şəxslərə yüksək rəqabət qabiliyyəti olan məhsul və xidmətlər təklif etməkdə davam edəcək.

"Bank VTB" (Azərbaycan) ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. "Bank VTB" (Azərbaycan) ASC-nin səhmdarları: "VTB Bank" ASC və "AtaHolding" ASC-dir. "Bank VTB" (Azərbaycan) ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 9 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti