...

Bakıda möhtəşəm "Fanta" Gənclik Festivalı keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2014 14:54 (UTC +04:00)
"Coca-Cola" şirkəti "Baku Crystal Hall" konsert zalında ikinci "Fanta" Gənclik Festivalını keçirib.
Bakıda möhtəşəm "Fanta" Gənclik Festivalı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr/Trend/

"Coca-Cola" şirkəti "Baku Crystal Hall" konsert zalında ikinci "Fanta" Gənclik Festivalını keçirib. Şirkətdən çərşənbə günü Trend-ə verilən məlumaat görə, bu gözəl bayramda 35 mindən artıq insan iştirak edib və qonaqların sayı ötən il Tofiq Bəhramov adına stadionda təşkil olunmuş birinci "Fanta" festivalına nisbətən daha çox olub. Belə ki, 2013-cü ildə sözügedən festivala 30 min nəfər qatılıb. Bu il festival çərçivəsində keçirilən konsertdə Azərbaycan və Türkiyə estradalarının ulduzları çıxış ediblər. Konsertin əsas ifaçısı Türkiyənin tanınmış estrada müğənnisi Kənan Doğulu olub, hansı ki, səhnəni Azərbaycanın məşhur müğənniləri Miri Yusif və Natəvan Həbibi ilə bölüşüb.

"Mən çox şadam ki, "Fanta" Gənclik Festivalında iştirak edirəm. Bakıda hər dəfə solo konsertlərə çıxış edəndə məndə xüsusi hiss yaranır, belə ki, sizin paytaxtınız mənim ikinci evim kimidir", - deyə konsertə həsr olunmuş mətbuat konfransında çıxış edən Kənan Doğulu bildirib.

Festival zamanı, həmçinin, "Fanta" oyun zonası təşkil olunub və tədbirin bütün iştirakçıları bu zonadan yararlanaraq, qeyri-adi sumo yarışında iştirak edib, stolüstü futbol və böyük boulinq oynaya bilib. Bütün bunlar DJ Ruido Lokonun musiqisi sədaları altında keçirilib.
"İkinci "Fanta" Gənclik Festivalı bütün Azərbaycanda səs-küy yaradan bir hadisədir. Belə ki, ölkənin ən böyük və müasir konsert zalında istirahət edən, müxtəlif oyunlara qatılan və sadəcə yaxşı musiqidən zövq alan çoxlu sayda gənc toplanıb. Mən əminəm ki, festivalın böyük gələcəyi var və bu il tədbirdə iştirak edə bilməyənlər mütləq gələn il bu tədbirə qatılacaqlar", - deyə konsertin aparıcısı İlkin Həsəni bildirib.

Şou ilə yanaşı festival iştirakçıları Kənan Doğulu, Miri Yusif və Natəvan Həbibi ilə selfi üslubunda şəkil çəkdirmək imkanını gözləyirdi. Bunun üçün sentyabrın 26-dək müsabiqə elan olunmuşdur ki, iştirakçılar maraqlı selfi şəkillərini öncədən www.fantafestivali.com veb-səhifəsində yerləşdirməli idi. Ən çox bəyənilən ("Like") şəkil müəllifləri qalib olaraq müğənnilərlə selfi çəkdirmək üçün səhnəyə dəvət edilib. Müsabiqənin yekununda 12 finalçı Kənan Doğulu ilə səhnə arxasında görüşə bilib, ilk üç yerin qalibi isə səhnədə ulduzlarla selfi çəkdirmək imkanını əldə ediblər. Müsabiqənin qalibi Nəzrin Həşimova olub və o, Kənan Doğulu ilə, ikinci yerin qalibi Nərmin Müseyibova Miri Yusiflə, üçüncü yerin qalibi Jalə Namazova isə Natəvan Həbibi ilə selfi çəkdirib.

"Fanta" Gənclik Festivalı Azərbaycanda ildən-ilə daha çox pərəstişkar toplaya bilən layihədir. Bu il "Fanta" Gənclik Festivalı Bakı ilə yanaşı Gəncə, Sumqayıt, Lənkəran, Quba, Xaçmaz, Şirvan, Şamaxı, Şəki, Balakən və İsmayıllı kimi şəhərləri də əhatə edib. Sözügedən şəhər və rayonlara musiqi sədaları ilə xüsusi "Fanta" karvanları yollanıb və bu da ayrıca bayram mühiti yaradaraq, ölkə üzrə daha çox gənci cəlb etməyə imkan verib.

Xatırladaq ki, ötən il "Fanta" Gənclik Festivalı Tofiq Bəhramov adına stadionda keçirilib. Festivalda Türkiyənin estrada ulduzu Emre Aydın, "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsinin qalibi Nigar Camal, həmçinin, Azərbaycanın tanınmış müğənnisi Miri Yusif və reper Uran iştirak ediblər.

"Fanta" Gənclik Festivalı Türkiyədə ən böyük və uzunmüddətli festivaldır. Festival 12 il ərzində 16 şəhərdə təşkil olunub və 4,1 mln. iştirakçı cəlb edə bilib.

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət istehlakçılara 500-dən yuxarı qazlı və qazsız sərinləşdirici içkilər brendlərini təqdim edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli və tanınmış brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 17 mlrd. ABŞ dolları olan brendlər daxildir: "DietCoke", "Fanta", "Sprite", "Coca-ColaZero", "vitaminwater", "Powerade", "MinuteMaid", "Simply" və "Georgia Coffee". Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

Bizi eləcə də "Twitter"də twitter.com/CocaColaCo, bizim blogda, Coca-Cola Unbottled, www.coca-colablog.com saytında vəya "LinkedIn"də www.linkedin.com/company/the-coca-cola-company izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti