...

Azərbaycan və İranın gömrük rəhbərləri Astara sərhəd-keçid məntəqəsinə baxış keçiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2014 15:16 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev və İran Gömrük Xidmətinin rəhbəri Məsud Kərbasiyan bu gün Astara (Azərbaycan) sərhəd-keçid məntəqəsinə baxış keçiriblər.
Azərbaycan və İranın gömrük rəhbərləri Astara sərhəd-keçid məntəqəsinə baxış keçiriblər

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev və İran Gömrük Xidmətinin rəhbəri Məsud Kərbasiyan bu gün Astara (Azərbaycan) sərhəd-keçid məntəqəsinə baxış keçiriblər. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilrib.

Məlumata görə, baxış zamanı İran rəsmisi Azərbaycanın Astara sərhəd-keçid məntəqəsində sərnişinlərin və yük maşınlarının gediş-gəlişi üçün yaradılmış şəraitlə tanış olub. Burada yaradılan şəraitdən razı qalan qonaq azərbaycanlı həmkarı ilə birgə yük maşınlarının sürücüləri ilə danışıqlar aparıb və onların problemlərini dinləyib.

Qeyd edək ki, M.Kərbasiyanın Azərbaycana səfəri sentyabrın 29-da başlayıb və oktyabrın 2-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti