...

"TuranBank" yeni əmanət kampaniyasına başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2014 19:44 (UTC +04:00)
"TuranBank"ın "Pullarınız yerində saymasın" şüarı altında keçirilən yeni əmanət kampaniyası bankın yeni müştərilərinin depozitlərini daha gəlirli edir.
"TuranBank" yeni əmanət kampaniyasına başladı

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

"TuranBank"ın "Pullarınız yerində saymasın" şüarı altında keçirilən yeni əmanət kampaniyası bankın yeni müştərilərinin depozitlərini daha gəlirli edir.

Bankdan Trend-ə verilən məlumata görə, cari ilin sonunadək davam edəcək aksiya zamanı bankın "Sirlər Xəzinəsi" məhsulları içərisində ən gəlirli əmanət növü olan Xəzinə depozitinə yerləşdirilən vəsaitlər öz sahibinə illik 14,5% gəlir gətirəcək.

"TuranBank"ın yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərinin üstünlükləri sırasında əmanətçilərə pulsuz "MasterCard" plastik kartının verilməsini, əmanət üzrə məbləğin 90%-i həcmində sərfəli faizlə kredit əldə etmək imkanını, faizləri aylıq, rüblük və ya müddətin sonunda almaq imkanını, əmanəti manat, ABŞ dolları və ya Avroda yerləşdirmək imkanını göstərmək olar.

Cari ilin 8 ayının yekunlarına görə, "TuranBank"ın depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% artaraq 66,8 milyon manat təşkil edib.

"TuranBank"ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti