...

Valentina Matviyenko: Azərbaycan Rusiyaya olduqca böyük həcmdə kənd təsərrüfatı məhsulları tədarük edir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2014 14:10 (UTC +04:00)
Azərbaycan Rusiya bazarına olduqca böyük həcmdə kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz, ət tədarük edir.
Valentina Matviyenko: Azərbaycan Rusiyaya olduqca böyük həcmdə kənd təsərrüfatı məhsulları tədarük edir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Rusiya bazarına olduqca böyük həcmdə kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz, ət tədarük edir. Trend-in məlumatına görə, bunu cümə axşamı Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində jurnalistlərə deyib.

Onun sözlərinə görə, hazırda kənd təsərrüfatı məhsullarının tədarükü üçün əlavə tələbat və imkanlar yaranıb: "Bu barədə artıq razılaşmalar əldə olunub ki, bu da ticarət əlaqələrinin artmasına və genişlənməsinə gətirib çıxaracaq".

V. Matviyenko qeyd edib ki, Moskva meri Sergey Sobyaninin Bakıya səfəri zamanı tədarüklərin artması ilə bağlı konkret müqavilələr imzalanıb və ən əsası tədarük logistikasının yaradılması, tədarük üzrə nəqliyyat şəraiti haqqında razılaşmalar əldə olunub.

Onun sözlərinə görə, hazırda kənd təsərrüfatı məshullarının artırılması, tədarüklərin genişləndirilməsi və onun istehlakçıya səmərəli çatdırılması üzrə layihə sistemi ciddi müzakirə olunur: "Əminəm ki, bu həcmlər artacaq. Üstəlik, Azərbaycanın özü Rusiyaya kənd təsərrüfatı məhsulları tədarüklərinin artmasında maraqlı olduğunu bildirib".

V.Matviyenko vurğulayıb ki, bu, Azərbaycan üçün istehsal edilən məhsulun əlavə satış imkanı, yeni iş yerlərinin açılması, vergi ödənişlərinin artırılması və ölkədə işləyən kənd təsərrüfatı istehsalçılarına dəstək deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti