...

Azərbaycan bazarına yeni “Chipsim” brendi gəldi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2014 11:03 (UTC +04:00)
Azərbaycanın qida sənayesi nəhəngi bazara daha bir yeni məhsul çıxardı
Azərbaycan bazarına yeni “Chipsim” brendi gəldi (FOTO)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Azərbaycanın qida sənayesi nəhəngi bazara daha bir yeni məhsul çıxardı.

Boş vaxtlarını və məşğuliyyətlərini çipsi ilə keçirməyi xoşlayanlara Azərbaycanın qida sənayesi nəhəngindən sürpriz var. Gilan Holding yeni çipsi brendini - "Chipsim" markasını Azərbaycan bazarına təqdim edib. Brendin təqdimat mərasiminə şirkət kollektivi ilə yanaşı, media nümayəndələri, tanınmış insanlar və 100-dən çox marketin rəhbərləri qatılıb.

Gilan Holding-in idarə heyətinin sədri Cəmil Muradov Qəbələ şəhərində "Chipsim" zavodunun fəaliyyətə başlaması ilə 400-ə yaxın şəxsin daimi işlə təmin edildiyini bildirdi. İdarə heyətinin sədri əsası 2013-cü ildə qoyulmuş, dünyanın inkişaf etmiş ölkələrinin - ABŞ və Yaponiyanın ən son texnologiyaları ilə təchiz edilmiş müəssisədə yerli, ekoloji təmiz xammaldan istifadə olunduğunu vurğuladı.

Təqdimat mərasimində iştirak edənlər "Chipsim" məhsulunu ilk dəfə dadmaq imkanı qazanıblar. Məhsulun dadı haqda yüksək fikirdə olan market rəhbərləri ilk böyük sifarişlərini də elə orada verdilər. Şirkət partnyorlarını mükafatlandırmağı da yaddan çıxartmadı.

Yeni məhsul - "Chipsim" tərkibində müxtəlif ədviyyatlardan istifadə olunmaqla, yüksək keyfiyyətli və tam təbii kartofdan hazırlanır. Hər kəs ağız dadına uyğun olan çeşidlərdən istədiyini - paprika, şüyüdlü, klassik, pendirli, tomatlı, xama və soğanlı dadları seçə bilər. Qablaşdırmanın ölçüləri də istehlakçılara seçim azadlığı verir - "Chipsim" 20 q, 75 q, 150 q həcmli bağlamalarda müştərilərə təqdim olunur.

Gilan Holding "Chipsim" layihəsinin rəhbəri Amid Səfərov Azərbaycanda çipsi bazarının hazırkı 16 mln manatlıq illik dövriyyəsini bazarın istehlak potensiyalına - 20-22 mln manata qədər artırmaq mümkün olduğunu qeyd edib. "Chipsim" zavodu günlük 20 ton məhsul istehsal etmək gücü ilə nəinki Azərbaycan, hətta MDB miqyasında fəaliyyət göstərə biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti