...

"Excellence in HR Awards 2" tədbiri açıq elan olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2014 09:00 (UTC +04:00)
Azərbaycanda keçirilən “Marketing Kingdom”, "Golden Crown Awards" və ya “Baku HR Experience” kimi beynəlxalq biznes tədbirlərinin təşkilatçısı "P World" dünən “Excellence in HR Awards” tədbirinin ikinci buraxılışını açıq elan etdi.
"Excellence in HR Awards 2" tədbiri açıq elan olunub (FOTO)

Azərbaycanda keçirilən "Marketing Kingdom", "Golden Crown Awards" və ya "Baku HR Experience" kimi beynəlxalq biznes tədbirlərinin təşkilatçısı "P World" dünən "Excellence in HR Awards" tədbirinin ikinci buraxılışını açıq elan etdi.

Bu mükafatlar hazırda İnsan Resursları (İR) sahəsində ən yaxşı mütəxəssislər, komandalar və strategiyaların ədalətli şəkildə mükafatlandırılması və tanıtımı üçün Azərbaycanda yeganə müsabiqə hesab olunur. "Four Seasons" mehmanxanasında baş tutan, kiçik, orta və iri müəssisələrdən təşrif buyuran ən yaxşı İR mütəxəssisləri və komandalarının mükafat və diplomlara layiq görülməsi ilə nəticələnən ilk buraxılış 2013-cü ilin noyabr ayında keçirilmişdir.

Bir çox Avropa ölkələrində ənənəvi olaraq keçirilən tədbirin bu ilki buraxılışında Dell, Novartis, JCDecaux və New Look kimi bir çox şirkətlərdə baş İR vəzifələrində çalışmış və ya hazırda çalışmaqda olan Xavier Molinié, Barbara Wright-Avlitis David Bannister kimi beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyəti iştirak edəcəkdir.

Birinci buraxılışda olduğu kimi, bu il də maksimum dərəcədə ədalətli rəqabət təşkil etmək məqsədilə müsabiqə iştirakçıları təşkilatçılar tərəfindən irəli sürülməyəcək, onların özlərinin təqdim olunmuş linkdən onlayn ərizə formasını doldurmaları lazım gələcəkdir. Bunun üçün: http://thepworld.com/hr_awards ünvanına daxil olmaq zəruridir.

Ərizələrin təqdim olunması üçün son tarix 27 oktyabrdır və hər bir mükafat üzrə final mərhələsinin iştirakçıları 1 noyabr tarixinə qədər elan olunacaqdır. Qala Mükafatları tədbiri 7 noyabr tarixində baş tutacaq. Tədbir zamanı qaliblərin qısa nitq söyləmək, qırmızı xalça üzərində fotosessiyada iştirak etmək və öz həmkarları ilə şəbəkələşmək, əlaqələr qurmaq şansları olacaqdır.

İnsan Resursları, ehtiyat kadrların cəlb olunması sahələrində ixtisaslaşan və ya innovativ təşəbbüslərə malik yerli şirkətlərin müraciət etməsi xüsusən tövsiyə olunur.

Mükafatlar AmCham Azerbaijan, Smart Resources Group, Boutique Baku Magazine, trend.az, day.az. tərəfindən dəstəklənir.

Qala ilin ən böyük İR tədbiri olan "Baku HR Experience 2" tədbirinin sonunda baş tutacaqdır.

Mükafatlar, "Baku HR Experience 2" və ya digər tədbirlər haqqında daha ətraflı məlumat əldə etmək üçün www.thepworld.com veb səhifəsini ziyarət edin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti