...

Azərbaycan Prezidenti Mərakeş və Uruqvayla gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişləri təsdiq etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2014 22:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişi təsdiq edib.
Azərbaycan Prezidenti  Mərakeş və Uruqvayla gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişləri təsdiq etdi

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişi təsdiq edib.

Trend-in məlumatına görə, Prezident qərara alıb ki, "Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" 2014-cü il mayın 12-də Rabat şəhərində imzalanmış Saziş təsdiq edilsin.

Prezident, həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişi təsdiq edib.

Prezident qərara alıb ki, "Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" 2014-cü il iyunun 10-da Montevideo şəhərində imzalanmış Saziş təsdiq edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti